Previous Next
Bağla

Şirkətlər kibertəhlükələrə qarşı necə mübarizə aparmalı?

10-11-2017 14:43
 Şirkətlər kibertəhlükələrə qarşı necə mübarizə aparmalı?

Bu ilin yanvar-oktyabr aylarında Kaspersky Lab həlləri Azərbaycan müəssisələrindəki 5 435 kompüterə zərərli proqram təminatı tərəfindən olan hücumları dəf edib.

Ümumi kiberhücum cəhdlərinin sayı isə 286 525-ə çatır. İstənilən şirkətdə baş verən kiberinsidentlərin və bununla əlaqədar yaranan məlumat sızıntısının əsas səbəbi insan faktorunun mövcudluğu və kompüter təhlükələrinin zamanında aşkarlanması üçün lazımi biliklərin olmamasıdır.

Bu barədə Xeberler.az-a şirkətdən məlumat verilib.

Qeyd edilib ki, araşdırma göstərib ki, müəssisələrdə kompüter qəzalarının demək olar yarısı (46%) əməkdaşların diqqətsizliyi ucbatından əmələ gələn məlumat sızıntısına görə baş verib. Bu da insan faktorunu informasiya təhlükəsizliyi sahəsində baş verən qəzaların zərərli proqram təminatı ilə yoluxmadan sonra ikinci ən geniş yayılmış səbəbinə çevririr.

Sözügedən araşdırma onu da göstərib ki, şirkətlər kibertəhlükələrdən qorunma sistemində insan faktorunun  nə qədər əhəmiyyətli olduğunu anlamağa başlayıblar. Məsələn, sorğuda iştirak edən təşkilatların 52%-i təhlükəsizlik sistemlərindəki ən böyük boşluğun əməkdaşların diqqətsiz hərəkətləri olduğunu bildirib. Respondentlərin 1/3 hissəsindən çoxu isə (35%) bildirib ki, yaxın müddətdə işçilər üçün kibertəhlükəsizlik sahəsində təlimlər keçirməyi planlaşdırırlar.

Şirkətlərin kibertəhlükələrlə üzləşmə riskini azaltmaq üçün məhz insanların informasiya təhlükəsizliyi sahəsində təlimatlandırılması və kompüter savadlılığının artırılması gərəkdir. Bu məqsədlə Kaspersky Lab şirkəti informasiya təhlükəsizliyi sahəsində korporativ mədəniyyətin yaradılmasına yönəlmiş interaktiv təlimləri özündə birləşdirən “Kaspersky Cybersecurity Awareness” adlı şirkət işçilərinin kibertəhlükələrə qarşı məlumatlılığının artırılmasına yönəlmiş proqram buraxıb.

İnternetdə təhlükələrin tanınması üçün biliklərin ötürülməsi işgüzar kompüter oyunları formatında keçirilir və istifadəçilərin gündəlik iş həyatında qarşılaşa biləcəkləri real situasiyalar üzərində qurulur. Proqram işçilərin kateqoriyalarından asılı olaraq müxtəlif yanaşmalara nəzər salır və mütəxəssislərdən başlayaraq top menecmentə qədər olan bütün təşkilati strukturu əhatə edir.

Departamentləri idarə edən top menecerlər üçün “Kaspersky Interactive Protection Simulation” işgüzar oyunu yaradılıb. Təlim iştirakçıları mərhələli strateji rol oyunu formatında artmaqda olan kibertəhlükələrin fonunda biznesləri effektiv idarəetmənin üsullarını öyrənirlər. Tapşırıqlara əsasən, təşkilatın təhlükəsizliyinin hansı yollarla təmin etmək, buna ayrılan büdcə, təhlükənin neytrallaşdırılması və biznes-proseslərin davamlılığını təmin etmək üçün qərarların verilməsi daxildir. Şirkətin fəaliyyət istiqamətindən asılı olaraq, dörd növ ssenari mümkündür: maliyyə və ya sənaye sektoru, elektron hökümət xidmətləri və korporasiyalar.

 “CyberSafety Management Games” oyun təlimləri isə öz növbəsində birbaşa xətt menecerlərinin kibertəhlükələrlə bağlı məlumatlılığını artırmaq üçün nəzərdə tutulub. Məşğələlərin əsas məqsədi – orta vəzifədə olan menecerləri aktual təhlükələrlə tanış etmək, istifadəçilərin təhlükəli hərəkətlərini aşkar etmək, onlara iş şəraitində informasiya təhlükəsizliyi sahəsində mümkün ssenariləri təhlil etmək və kibertəhlükələrə qarşı praktiki tövsiyələr verməyi öyrətməkdir.

Kibertəhlükəsizlik sahəsində təlim platforması şirkətin bütün işçiləri üçün nəzərdə tutulub və interaktiv onlayn təlimlər formatında qurulub.

 “İnformasiya təhlükəsizliyi ilə bağlı risklərin işçilər tərəfindən anlaşılması korporativ kibermüdafiə strategiyasının əsas hissəsidir, məhz buna görə də personalın təlimatlandırılmasına xüsusi diqqət ayırmaq lazımdır. Bununla yanaşı, bu məqsədlə təşkil olunan təlimlər heç kəsin maraq göstərmədiyi və iştirakçıların öyrəndiklərini işdə tətbiq etmək həvəsi olmayan standart məcburi xarakter daşımamalıdır. Bizim təlimə olan yanaşmamız standart praktikalardan fərqlidir. Əlbəttə, biz bildiyimiz maksimum məlumatları əməkdaşlara çatdırmağa çalışırıq, lakin bununla belə, biz psixoloji faktoru nəzərə alırıq və insan üçün maraqlı və cəlbedici kollektiv treninqlər formatlarından istifadə edirik. Eyni zamanda, biz anlayırıq ki, əməkdaşların tutduğu vəzifə, fəaliyyət sahəsi və səlahiyyətdən asılı olaraq kibertəhlükəsizliklə bağlı təlimlərə olan tələbatı və gözləntiləri fərqlənir. Məhz buna görə bizim proqramda təlimlərin təşkili üzrə müxtəlif səbiyyələr və formatlar nəzərdə tutulub”, - deyə Kaspersky Lab şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Xeberler.az

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

02-08-2017

Hər beşinci müəssisədə sənaye kibertəhlükəsizliyi sahəsində mütəxəssis çatışmır

09-06-2022

Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

21-10-2021

Şirkətlərə kiberhücumlardan dəyən zərərin məbləği açıqlanıb

20-09-2016

Kiberhücumlar təşkilatlara nə qədər ziyan vurub?-Araşdırma

09-06-2017

Azərbaycan Özbəkistanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başlayır

31-08-2023

Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

20-07-2016

Menecerlər və İT mtəxəssislər arasında anlaşmazlıq nəyə səbəb olur?

19-01-2023

Kaspersky Lab startap layihələrinə 1 milyon dollar yatırım edəcək

12-05-2016

Kaspersky Lab : Azərbaycanda korporativ istifadəçilərin 41faizi fərdi kompüterlərini parolla qorumur

05-02-2019

Azərbaycanda kibertəhlükəsizlik məsələləri müzakirə edilib- Fotolar

18-04-2016

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

26-01-2017

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017

İnnovasiya həftəsi çərçivəsində Kaspersky Security Day keçirilib

28-10-2019

Şirkətlərə qarşı məqsədli kiber hücumlar artıb

02-02-2018

Kaspersky Amerika məhkəməsinə şikayət edəcək-Rəsmi

21-12-2017

Kibertəhlükəsizlik: kritik risklər adlı təlim keçirilib

21-10-2019

Kaspersky Lab-ın baş direktoru Bakıda olub

06-07-2017

Kaspersky Lab şirkətlərə kibertəhlükəsizliklə bağlı yardım edəcək

19-05-2016

Kaspersky Lab gənc mütəxəssislər axtarır

20-10-2017

Banklar kibertəhlükəsizlik siyasətinə yenidən baxır

02-08-2018

Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

27-08-2020

Avtomobil sahiblərinin nəzərinə-Kiber təhlükə

24-04-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə