Previous Next
Bağla

Kaspersky və İnterpol kiberqarətin qarşısını alıb

16-02-2022 09:33
Kaspersky və İnterpol kiberqarətin qarşısını alıb

Kaspersky və İnterpol birgə apardıqları təhqiqat zamanı Latın Amerikası ölkələrindən birinin mərkəzi bankından vəsaitlərin oğurlanmasının qarşısını alıblar. Kibermüdaxilə təcavüzkarın hücumun davam etdirilməsi üçün tərəfdaşlar axtarmağa cəhd etdiyi mərhələdə üzə çıxarılıb. Bu cür sxemə son bir neçə ildə xüsusilə tez-tez rast gəlinir. Burada hücumun fərqli mərhələləri üçün fərqli şəxslər məsuliyyət daşıyır: biri təşkilatın təhlükəsizlik sistemini sındırır, digərləri hücumu həyata keçirir, məsələn, məlumatları şifrələyir və oğurlayırlar, üçüncülər isə fidyə tələb edir və maliyyə mərhələsini öz üzərlərinə götürürlər.

Kaspersky, oğurlanmış məlumatları onlar təşkilatın sisteminə sızma sübutu kimi təklif olunan zaman aşkara çıxarıb. Mütəxəssislər bu məlumatları təhlil edib və
aydınlaşdırıblar ki, təcavüzkar Latın Amerikası ölkələrindən birinin mərkəzi bankının beynəlxalq pul köçürmələri sistemi də daxil olmaqla, infrastrukturuna giriş əldə edə bilib. Hücum edənlərin istənilən növbəti fəaliyyətini önləmək üçün, şirkət hadisə haqqında dərhal İnterpol-a və Beynəlxalq Ödəniş Sisteminə məlumat verib. Birgə həyata keçirilən təhqiqatdan sonra bankın korporativ sistemindəki bütün zəifliklər meydana çıxarılıb və hücum ehtimallarına qarşı bloklanıb.

 “Son illər ərzində bu cür hibrid qruplaşmalar tərəfindən həyata keçirilən çox sayda kriptoqraf hücumu görürük. Amma əvvəllər onların hədəfi əsasən ticarət şirkətləri idi. Çox şadıq ki, tərəfdaşımız Kaspersky ilə birgə bütöv bir ölkənin iqtisadiyyatına təsir edə biləcək bir hücumun qarşısını aldıq. Çünki yalnız beynəlxalq səviyyədə effektiv əməkdaşlıq edərək və proaktiv şəkildə çalışaraq bütün ictimaiyyətin təhlükəsizliyini təmin edə bilərik”, - deyə İnterpol-un polis xidmətinin icraçı direktoru Stiven Kavana bildirib.

 “Biz təcavüzkarların bütöv bir bankın sisteminə sıza biləcəyi bir boşluq tapdığını aşkara çıxardıq. Bu cür hücumlarda əks həmlələr zamanı beynəlxalq əməkdaşlıq, həmçinin operativ hərəkətə keçmək çox mühüm rol oynayır. Buna görə də, hücum edənlərin necə hərəkət edə biləcəkləri barədə məlumatları toplayan kimi dərhal İnterpol-a xəbər verdik. Qüsursuz və dəqiq qarşılıqlı fəaliyyət təcavüzkarların təşkilata gerçək zərər vurmağa macal tapmamış hücumun qarşısını almağa imkan verdi”, - Kaspersky-nin baş mütəxəssisi Sergey Qolovanov deyib.

Şirkət kiberhücumarın qarşısını almaq üçün aşağıdakı kompleks tədbirləri görməyi
tövsiyə edir:

1. hücumlar daha çox fişinq və digər sosial mühəndislik texnikalarından başladığına görə əməkdaşlara kibergigiyenanın əsas qaydalarını öyrədin;

2. müntəzəm olaraq şəbəkələrin kiberauditini aparın və aşkarlanan boşluqları zamanında bağlayın;

3. son nöqtələrin müdafiəsi ilə yanaşı hədəfli hücumlara qarşı da xidmətlər tətbiq edin. Məsələn, Kaspersky Managed Detection and Response hücumları təcavüzkarlar öz hədəflərinə çatmamış ilkin mərhələlərdə aşkarlaya və dayandıra bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky: Microsoft Exchange Server-ə hücumlar artıb

Kaspersky: Microsoft Exchange Server-ə hücumlar artıb

09-09-2021
 Kaspersky: Azərbaycanda Microsoft SQL Server-dən istifadə edilən hücumların sayı artır

Kaspersky: Azərbaycanda Microsoft SQL Server-dən istifadə edilən hücumların sayı artır

23-11-2022
Korporativ poçtlara edilən hücumların sayı açıqlanıb

Korporativ poçtlara edilən hücumların sayı açıqlanıb

27-08-2021
Kaspersky: Kiber cinayətkarlar Cring kriptoqraf proqramı vasitəsilə hücumlar edir

Kaspersky: Kiber cinayətkarlar Cring kriptoqraf proqramı vasitəsilə hücumlar edir

14-04-2021
Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

23-09-2021
Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

11-07-2019
Mətbuatda şantaj və saxta sızmalara qarşı necə mübarizə aparmalı?

Mətbuatda şantaj və saxta sızmalara qarşı necə mübarizə aparmalı?

14-12-2022
Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

07-07-2022
Kaspersky Azərbaycanda Log4shell hücumlarının qarşısını alıb!

Kaspersky Azərbaycanda Log4shell hücumlarının qarşısını alıb!

02-02-2022
Şirkət sistemlərinə giriş məlumatları qaranlıq şəbəkələrdə 2 min dollara satılır

Şirkət sistemlərinə giriş məlumatları qaranlıq şəbəkələrdə 2 min dollara satılır

05-07-2022
Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

23-12-2021
“Kaspersky”dən kibertəhdid mənzərəsinin necə dəyişəcəyinə dair proqnoz

“Kaspersky”dən kibertəhdid mənzərəsinin necə dəyişəcəyinə dair proqnoz

25-11-2020
Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

12-01-2022
Kaspersky EDR həlli ən yüksək qiymətə layiq görülüb

Kaspersky EDR həlli ən yüksək qiymətə layiq görülüb

17-01-2022
Kaspersky: “BlueNoroff” kriptovalyuta startaplarının hesablarını boşaldır

Kaspersky: “BlueNoroff” kriptovalyuta startaplarının hesablarını boşaldır

26-01-2022
Fidyəçilərin korporasiyalara hücumları: 2023-cü ildə nə dəyişəcək?

Fidyəçilərin korporasiyalara hücumları: 2023-cü ildə nə dəyişəcək?

25-01-2023
Kaspersky və İnterpol şirkətləri özlərini Kriptoqraflardan müdafiə etməyə çağırır

Kaspersky və İnterpol şirkətləri özlərini Kriptoqraflardan müdafiə etməyə çağırır

14-05-2020
Kaspersky: Mürəkkəb hədəf hücumlarının sayı artıb!

Kaspersky: Mürəkkəb hədəf hücumlarının sayı artıb!

03-08-2021
Şimali Koreyadan olan kiberqrup dünya üzrə şirkətlərə hücum edir

Şimali Koreyadan olan kiberqrup dünya üzrə şirkətlərə hücum edir

12-08-2022
Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

15-05-2020
Tətil günləri zamanı biznesin müdafiəsi üçün 5 tövsiyə

Tətil günləri zamanı biznesin müdafiəsi üçün 5 tövsiyə

02-01-2023
Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020
“No More Ransom” təşəbbüsü altı illik fəaliyyətinin yekunlarını təqdim edib

“No More Ransom” təşəbbüsü altı illik fəaliyyətinin yekunlarını təqdim edib

02-08-2022
Fidyə proqramlarının hücumları getdikcə daha da hiyləgərləşir

Fidyə proqramlarının hücumları getdikcə daha da hiyləgərləşir

07-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə