Previous Next
Bağla

Avropa Şurası məşhur İT şirkətlərlə saziş imzaladı

14-11-2017 16:15
Avropa Şurası məşhur İT şirkətlərlə saziş imzaladı

İnsan hüquqlarının müdafiəsinin və internetdə qanunlara əməl olunmasının təmin edilməsi məqsədilə Avropa Şurası Kaspersky Lab və bir sıra aparıcı texnoloji şirkət arasında saziş imzalanıb.

Xeberler.az-ın məlumatına görə,  imzalanma mərasimi Strasburqda təşkil olunan “Demokratiya Uğrunda Dünya Forumu” (World Forum for Democracy) çərçivəsində keçirilib.

Avropa Şurası tərəfindən sazişi təşkilatın baş katibi Torbyörn Yaqland (Thorbjørn Jagland), Kaspersky Lab tərəfindən isə şirkətin dövlət orqanları ilə əlaqələr üzrə vitse-prezidenti Anton Şinqaryov imzalayıb.

Kaspersky Lab şirkətindən başqa Avropa Şurası ilə sazişə Apple, Deutsche Telekom, Facebook, Google, Microsoft, Orange Telefónica kimi texnologiya sahəsinin dünya liderləri qoşulub.

Bu layihəyə öz dəstəyini həmçinin iri texnoloji assosiasiyalar bildirib, xüsusilə beynəlxalq qeyri-kommersiya təşkilatı olan “Computer & Communications Industry Association” (CCIA), rəqəmsal texnologiyalar sənayesinin Avropa nümayəndəsi “DigitalEurope”, Avropada İT sahəsində ən nəhəng kiçik və orta biznes birliyi olan “European Digital SME Alliance”, Avropa Telekommunikasiya Operatorları Assosiasiyası, bütün dünya üzrə mobil rabitə operatorlarının maraqlarının nümayəndəsi olan GSMA Assosiasiyası və “Global Network Initiative” qeyri-hökumət beynəlxalq təşkilatı.

 İmzalanmış saziş Avropa Şurasının qəbul etdiyi 2016-2019-ci illərdə İnternet idarəetmə strategiyasının həyata keçirilməsinin növbəti mərhələsi olub.

İnternetdə vətəndaşların müdafiəsi və dəstəklənməsi, onların hüquqlarının təminatı, ifadə azadlığının və bərabərliyin təmin edilməsi, həmçinin kibercinayətkarlıq və terrorizm ilə mübarizə bu strategiyanın əsas məqsədini təşkil edir.

Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün Avropa Şurası həm saziş imzalamış təşkilatlarla, həm də gələcəkdə digər tərəfdaşlarla sıx əməkdaşlıq qurmaq niyyətindədir.

Kaspersky Lab şirkətinin Avropa Şurasının təşəbbüsünə qoşulmaq qərarını şərh edən Anton Şinqaryov bildirib:

 “İnternet – unikal bir məkandır və biz hamımız hər gün bu məkanda oluruq. Burada biz informasiya portallarıdan və sosial şəbəkələrdən yararlanırıq, məzuniyyət planlaşdırırıq, bazarlıq edirik, bank hesablarımızı yoxlayırıq – nəticədə hər gün bizdən sonra böyük rəqəmsal iz qalır. Eyni zamanda, kibercinayətkarlar bizi ciddi təhlükə qarşısında qoyaraq İnterneti öz məqsədləri üçün istifadə edirlər. Hər bir istifadəçinin rəqəmsal həyatdan əsl zövq almağı üçün Avropa Şurasının tərəfdaşı olmağına və digər nüfuzlu təşkilatlarla birgə daha təhlükəsiz və rahat İnternet uğrunda mübarizə aparmağa şadıq”.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Media ilə bağlı kitabların təqdimat mərasimi keçiriləcək

Media ilə bağlı kitabların təqdimat mərasimi keçiriləcək

09-12-2009
Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

11-07-2019
Bakıda İnternet idarəçiliyi mövzusunda konfrans keçiriləcək

Bakıda İnternet idarəçiliyi mövzusunda konfrans keçiriləcək

27-02-2016
Bakıda kibercinayətkarlıqla mübarizəyə dair seminar keçiriləcək

Bakıda kibercinayətkarlıqla mübarizəyə dair seminar keçiriləcək

23-11-2009
Kaspersky Lab Sürixdə ilk şəffaflıq mərkəzini açıb

Kaspersky Lab Sürixdə ilk şəffaflıq mərkəzini açıb

16-11-2018
Elektron Təhlükəsizlik Mərkəzi nüfuzlu beynəlxalq təşkilata üzv oldu

Elektron Təhlükəsizlik Mərkəzi nüfuzlu beynəlxalq təşkilata üzv oldu

09-07-2014
Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019
Kaspersky Lab startap layihələrinə 1 milyon dollar yatırım edəcək

Kaspersky Lab startap layihələrinə 1 milyon dollar yatırım edəcək

12-05-2016
İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

02-08-2017
Avropa İttifaqı və Çin 5G sahəsində əməkdaşlıq edəcək

Avropa İttifaqı və Çin 5G sahəsində əməkdaşlıq edəcək

29-09-2015
Hüquq müdafiəçiləri Avropada fərdi məlumatların mühafizəsindən narahatdır

Hüquq müdafiəçiləri Avropada fərdi məlumatların mühafizəsindən narahatdır

23-04-2015
Strasburqda Azərbaycan markalarının təqdimatı keçirilib

Strasburqda Azərbaycan markalarının təqdimatı keçirilib

16-10-2009
Kaspersky Lab Madriddə Şəffaflıq Mərkəzi açır

Kaspersky Lab Madriddə Şəffaflıq Mərkəzi açır

04-04-2019
Bakıda ifadə və media azadlığına dair təqdimat olacaq

Bakıda ifadə və media azadlığına dair təqdimat olacaq

28-09-2015
“Huawei” Avropada yeni tədqiqat institutu açır

“Huawei” Avropada yeni tədqiqat institutu açır

13-05-2015
Kasperski Lab  top 100-lüyə daxil olub

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009
Avropa Komissiyası vahid kibertəhlükəsizlik agentliyinin yaradılmasını təklif edib

Avropa Komissiyası vahid kibertəhlükəsizlik agentliyinin yaradılmasını təklif edib

24-06-2021
Mətbuat Şurasında Avropa Şurasının ekspertləri ilə görüş keçirilib

Mətbuat Şurasında Avropa Şurasının ekspertləri ilə görüş keçirilib

09-12-2009
İT şirkət rəhbərimiz beynəlxalq quruma üzv seçilib

İT şirkət rəhbərimiz beynəlxalq quruma üzv seçilib

04-05-2016
İlham Əliyev Kaspersky Lab şirkətinin icraçı direktoru ilə görüşüb

İlham Əliyev Kaspersky Lab şirkətinin icraçı direktoru ilə görüşüb

13-02-2016
Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019
Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub

Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub

18-12-2018
Avropa Komissiyası "Google"qarşı ayrı-seçkiliyi araşdırır

Avropa Komissiyası "Google"qarşı ayrı-seçkiliyi araşdırır

13-11-2025
İstifadəçi məlumatların emalı mərkəzi yaradılır

İstifadəçi məlumatların emalı mərkəzi yaradılır

15-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə