Kaspersky Lab şirkəti kibertəhlükəsizlik sahəsində Azərbaycan hüquq-mühafizə orqanları və polislərinə yardım etməyə hazırdır.
Xeberler.az Report-a istinadən məlumat verir ki, bunu şirkətin dövlət orqanları ilə əlaqələr üzrə direktoru Anton Şinqarev bildirib.
"Biz Avropol (Europol), İnterpol, habelə Federal Təhlükəsizlik Bürosu, B. Britaniyanın GCHQ ilə əməkdaşlıq edirik. Kibercinayətlərin təqiq edilməsi, mütəxəsisslərə təlimlərin keçirilməsində iştirak edirik. Fəaliyyətimiz bütün Avropa, Asiya və Amerikanı əhatə edir. Uğurumuzun yeganə strategiyası qərb bazarında uğurlu və müstəqil olmaqdır, bunun üçün çalışmaqdır. Ona görə də əsas strategiyamız maksimum onlardan uzaq fəaliyyət göstərməkdir. Biz rus köklərinə malik şirkət olsaq da, bizim üçün əsas fəaliyyət bazarları Avropa, Amerika, Asiyadır. Biz hüquq- mühafizə və dövlət orqanları ilə əlaqələrimiz barədə çox suallar verilir. Lakin bizim dövlət təhlükəsizlik orqanları ilə əməkdaşlığımız müstəsna şəkildə kibertəhlükəsizlik əsasında qurulub. Qəribə səslənsə də bu mənada biz hətta amerikalı həmkarlarımızdan da şəffaf işləyirik. Bütün sertifikasiyalardan keçməyə hazırıq. Gizlədəcəyimiz heç nə yoxdur. Biz Amerikada, Avropa bazarında mövcud olmaq istəyiriksə, onlardan daha şəffaf olmalıyıq. Azərbaycan hüquq-mühafizə orqanları və prinsipial olaraq mühafizəyə cavabdeh olan orqanlarla da işləməkdən şad olardıq", - deyə A. Şinqarev qeyd edib.
A. Şinqarevin sözlərinə görə, Kaspersky Lab Avropanın bütün dövlətləri ilə sıx əməkdaşlıq çəriçəvində fəaliyyət göstərir və Azərbaycanla da əlaqələrini mütəmadi şəkildə qaydasına salır.
İnformasiya təhlükəsizliyi baxımından Azərbaycan parlamentində smartfonların qadağan edilməsinin heç də pis fikir olmadığını deyən ekspert qeyd edib ki, texnologiyanın sürətlə inkişafının qarşısını heç bir şəkildə almaq mümkün deyil: "Məsələn, bu yaxınlarda oxuduğum məlumata görə, Sinqapurda bütün məmurlara internertdən istifadə qadağan edilir. Bu radikal qərardır, düzdür, demokratik səslənməsə də bir çox dövlətlər keçmişə qayıtmağa çalışır. Amma təəssüflər olsun ki, bu, mümkün deyil. İnkişafın qarşısı almaq, onu saxlamaq olmur.
Bizim regiona gəldikdə isə deyə bilərəm ki, ölkələrimiz mühafizə baxımından son dərəcə irəliləyiblər. İnanıram ki, Azərbaycan bank sektoru, maliyyə sahəsi mühafizə olunma baxımından çox güclü tərəqqi edib. Təhlükəsizlik yüksək səviyyədə qorunur. Lakin bununla yanaşı, ən çox təhlükəyə məruz qalan sahə də bank sistemidir", A. Şinqarev əlavə edib.
Onun sözlərinə görə, bir çox ölkələrin kiber polisləri isə bu cür hücumlara hazır deyillər. MDB ölkələri kibertəhlükəsizliyin inkişaf səviyyəsinə görə bir-birindən fərqlənir. Digər mühüm məqam ondan ibarətdir ki, kibertəhülkəsizlik sərhəd tanımır.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri