Previous Next
Bağla

Kaspersky TinyCheck-in mövcud olduğu portalı istifadəyə verib

28-07-2022 09:29
Kaspersky TinyCheck-in mövcud olduğu portalı istifadəyə verib

Kaspersky TinyCheck vasitəsilə smartfona yüklənmiş stalker (gizli təqib) proqramını** aşkar etməyin yollarını təqdim edən yeni portalını istifadəyə verib. Bu, məişət zorakılığı və təqib qurbanları ilə işləyən QHT-lər üçün nəzərdə tutulmuş pulsuz və açıq mənbə şifrəli vasitədir. Yeni saytda ən son məhsullar və həllər üçün ən son dəyişikliklər haqqında məlumatlar toplanıb. Səhifə ingilis dilindədir.

Xeberler.az bildirir ki, TinyCheck-in yaradılması ideyası Kaspersky ilə Fransada məişət zorakılığı qurbanı olan qadınlar üçün yaradılmış sığınacaqlarından birinin nümayəndələri arasında dialoq nəticəsində meydana çıxıb. Stalker proqram təminatının qurbanları getdikcə daha da çoxalıb və təşkilat bu problemi texnoloji baxımdan necə həll etməyin yollarını axtarırdı. Bunun üçün təcavüzkarlara qarşı sübutlar toplayan və cihazda gözə çarpmayan, istifadəsi asan bir vasitə lazım idi. TinyCheck 2019-cu ildə bu düşüncələr nəticəsində dünyaya gəlib. Bu həll smartfona deyil, ayrıca xarici qurğuda - Raspberry Pi mikrokompüterinə quraşdırılır. TinyCheck çıxış internet trafikini yoxlaya, onu real vaxt rejimində təhlil edə və stalker proqram tərtibatçılarının idarəetmə mərkəzlərinə qoşulmanı tanıya bilər. Eyni zamanda, o, təşəbbüskara belə bir yoxlama haqqında məlumat almağa imkan vermir.

TinyCheck istənilən əməliyyat sistemində işləyə bilər və yalnız smartfonun bağlantıda olduğu onlayn serverlər/IP ünvanları ilə qarşılıqlı əlaqədə olur, yəni şəxsin kiminlə danışdığı və ya nəyi müzakirə etdiyi barədə məlumat toplamır. Təhlil edilən cihazdan məlumatlar heç yerə ötürülmür: nə Kaspersky, nə də hər hansı digər tərəf bu məlumatı əldə edə bilmir. Bütün analizlər yerli şəraitdə yəni cihaz daxilində aparılır.

“Geniş çeşiddə mövcud olan stalker proqramlarından fərqli olaraq, onları aşkar etmək üçün nəzərdə tutulan vasitələrin sayı o qədər də çox deyil. Bəzi mobil cihazlar üçün, məsələn, iPhone üçün onlar ümumiyyətlə mövcud deyil. Buna görə də, stalker proqramını aşkar etmək üçün gizli skaner lazımdır. Təcavüzkar qurbanın cihazda izləmə proqramının olub olmadığını yoxlamağa çalışdığını bilməməlidir, çünki nəticələr gözlənilməz ola bilər. Məhz bunun üçün Kaspersky belə bir vasitə - xüsusi TinyCheck skanerini hazırlayıb”, - deyə Kaspersky-nin kibertəhlükəsizlik üzrə eksperti Viktor Çebışev qeyd edib.

“Stalker proqramı bir çox şəxsi məlumatı əlçatan edir: çat mesajları, sosial şəbəkələr, şəxsin yeri və brauzerin axtarış tarixçəsi. Bu cür proqramların istifadəsi məxfiliyə ciddi təhlükədir. Şirkətimiz məxfiliyə bu cür müdaxiləni qəbuledilməz hesab edir. Məhz buna görə də biz stalker proqramlarına ilə mübarizə üzrə beynəlxalq koalisiyanın (Coalition Against Stalkerware) təsisçilərindən birinə və zorakılıq qurbanlarına kömək edən mütəxəssisləri hazırlayan Almaniyanın DeStalk tədqiqat layihəsinin tərəfdaşına çevrildik. Təqib problemi Azərbaycanda da aktualdır. Ümid edirik ki, QHT-lərimiz də TinyCheck alətinə diqqət yetirəcəklər”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov öz növbəsində əlavə edib.

TinyCheck hazırda Avropa hüquq-mühafizə orqanları və məhkəmə orqanları tərəfindən gələcəkdə qurbana yardım üçün sübut toplamaq istiqamətində cihazdan istifadə məqsədilə sınaqdan keçirilir.

Kaspersky yeni tərəfdaşlarını insanlara stalker proqramı haqqında birlikdə söhbət açmağa və təqib qurbanlarına kömək etməyə dəvət edir. Siz inkişaf komandası ilə birbaşa [email protected] ünvanı üzərindən əlaqə saxlaya bilərsiniz.

* 2019-cu ilin noyabrında stalker proqramları ilə mübarizə üzrə Koalisiyasının yaradılmasının ildönümünə həsr olunmuş sorğunun məlumatları. Sorğu Kaspersky-nin sifarişi ilə 2021-ci ilin sentyabrında Sapio Research şirkəti tərəfindən aparılıb. Sorğuda 21 ölkədən olan 21 mindən çox insan iştirak edib.

** Stalker proqramı tez-tez gizli təqib və şəxsin məxfiliyinə müdaxilə üçün istifadə olunan kommersiya təqib proqramıdır. Stalker proqramlarının köməyi ilə qurbanın şəxsi məlumatlarına yəni mesajlar, fotoşəkillər, sosial şəbəkələrdəki səhifələr, geolokasiya məlumatları, audio və video yazılar (o cümlədən real vaxt rejimində) daxil olmaq mümkündür. Bu cür proqramın fərqli xüsusiyyəti ondan ibarətdir ki, onu quraşdırmaq və konfiqurasiya etmək üçün qurbanın cihazına fiziki giriş tələb olunur. Eyni zamanda, bu cür proqramlar gizli fon rejimində işləyir və qurban onların mövcudluğundan xəbərdar olmur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky təqib proqramları ilə mübarizə üçün yeni alət hazırlayıb

26-11-2020

Kaspersky 2020-ci ildə “stalker” proqramları ilə mübarizə nəticələrinin icmalını hazırlayıb

04-03-2021

Kaspersky: Istifadəçilərin çoxu öz tərəfdaşlarının rəqəmsal təqibini qəbuledilməz hesab edir

22-11-2021

Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

14-02-2023

Kaspersky: Smartfon istifadəçiləri şifrələrini tərəf müqabillərindən gizlətmir

07-01-2022

Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

23-12-2021

Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

15-05-2020

Kaspersky internet məlumatları ilə davtanış qaydalarını açıqlayıb

29-01-2022

Kaspersky: Tanışlıq xidmətlərindən istifadə edənlər onlayn təqibin qurbanına çevrilir

16-08-2021

Azərbaycanda 35 min gizli maynerlik proqramları aşkarlanıb

21-11-2022

Kaspersky kriptoqraflarla mübarizə üçün yeni alət hazırlayıb

28-04-2022

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020

Kaspersky tanınmış oyunlarda zərərli proqram aşkarlayıb

28-09-2021

Kaspersky: Danışığınız qeydə alına bilər

18-04-2022

“No More Ransom” təşəbbüsü altı illik fəaliyyətinin yekunlarını təqdim edib

02-08-2022

Fidyə proqramlarının hücumları getdikcə daha da hiyləgərləşir

07-09-2022

Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

11-07-2019

Kaspersky: Zərərli bank proqramları dünyadakı istifadəçilərə hücum edir

16-07-2020

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020

Hakerlər hansı login və şifrə kombinasiyasından istifadə edir?

19-12-2022

Kaspersky: kiberbullinq hallarının təxminən üçdə birində insanlar təcavüzkarı şəxsən tanıyır

15-10-2021

Kaspersky Azərbaycanda Android istifadəçilərinə olunan hücümları araşdırıb

25-07-2022

Kaspersky: Microsoft Exchange Server-ə hücumlar artıb

09-09-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə