Previous Next
Bağla

Kaspersky 2020-ci ildə “stalker” proqramları ilə mübarizə nəticələrinin icmalını hazırlayıb

04-03-2021 11:12
Kaspersky 2020-ci ildə “stalker” proqramları ilə mübarizə nəticələrinin icmalını hazırlayıb

Kaspersky-nin məlumatına görə*, 2020-ci ildə dünyada təxminən 54,000 istifadəçi “stalker” proqramları ilə qarşılaşıb. “Stalker” proqramları sahibinin icazəsi olmadan
cihazlarda istifadəsi bir çox olkələrdə qanun pozuntusu hesab edilən və və cinayət məsuliyyəti yaradan izləmə proqramlarıdır.

İstifadəçilərin bu tip proqramla ən çox qarşılaşdıqları ölkələr arasında birinci yerdə
Rusiya dayanır. İkinci yerdə Braziliya, daha sonra isə ABŞ gəlir, ilk beşliyi Hindistan və Meksika tamamlayır.

“Pandemiya dövründə cihazında “stalker” proqramı tapılan istifadəçilərin sayı azalıb.
İnsanlar evdə daha çox vaxt keçirməyə başlayıblar və izləmə vasitələrinin əhəmiyyəti bir qədər azalıb. Ancaq bu təhdidi gözdən kənara qoymaq olmaz. Dünya adəti rejiminə qayıdan kimi “stalker” proqramlarının yayılma sürəti yenidən arta bilər,” deyə Kaspersky-nin mobil təhdidlər üzrə tədqiqatçısı Viktor Çebışev bildirib.

“Bu cür proqramla qarşılaşma riskini texniki olaraq necə azalda biləcəyinizi xatırlatmaq istəyirik. Əvvəlcə hər bir rəqəmsal cihazınız üçün mürəkkəb və fərqli şifrələr yaratmalı və mümkünsə onları heç kimlə bölüşməməlisiniz, eyni zamanda naməlum mənbələrdən tətbiqlər quraşdırmağı məhdudlaşdırmalısınız. Cihazda “stalker” proqramı quraşdırıldığı təqdirdə istifadəçini xəbərdar etməyə imkan verən Android üçün Kaspersky Internet Security kimi təhlükəsizlik həlləri də mövcuddur."

2020-ci ildə Kaspersky təcavüz və məişət zorakılığı qurbanlarına kömək edən qeyri-
kommersiya təşkilatlarına kömək məqsədilə TinyCheck proqram həllini hazırlayıb. O,
smartfona deyil, ayrıca bir cihaza - Raspberry Pi mikrokompüterinə quraşdırılır: bu, izlənmənin təşəbbüskarının yoxlanma haqqında məlumat almasına imkan verməmək üçün edilir. Bu ayrıca cihazı Wi-Fi-yə qoşulmuş ruter ilə cihaz arasında vasitəçi rolunu oynayacaq şəkildə quraşdırmaq lazımdır. Ondan sonra TinyCheck göndərilən internet trafikini yoxlaya, onu real vaxt rejimində analiz edə və “stalker” proqramı hazırlayanlara nəzarət mərkəzlərinə qoşulmaları tanıya bilər. Trafikin təhlili təxminən 15 dəqiqə çəkir.

İzləmə proqramının istifadə edildiyi zorakılıq və təqib hallarına qarşı mübarizə aparmaq üçün 2019-cu ilin noyabrında Stalker Proqramları ilə Mübarizə koalisiyası yaradıldı. Hazırda Kaspersky-dən başqa, informasiya təhlükəsizliyi sahəsində həll istehsalçıları və şiddət qurbanlarına kömək edən QHT-lər də olmaqla 30-dan çox təşkilat bu koalisiyaya daxildir. Problemin qlobal sosial əhəmiyyətini və bu cür proqramların yeni nümunələrinin müntəzəm olaraq ortaya çıxmasını nəzərə alaraq, Stalke Proqramları ilə Mübarizə Koalisiyası yeni ortaqlıqlara açıqdır və müxtəlif təşkilatları əməkdaşlığa çağırır.

Məlumatlar hazırda İngilis, Fransız, İtalyan, İspan, Alman və Portuqal dillərində http://www.stopstalkerware.org/ saytında mövcuddur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky təqib proqramları ilə mübarizə üçün yeni alət hazırlayıb

Kaspersky təqib proqramları ilə mübarizə üçün yeni alət hazırlayıb

26-11-2020
Kaspersky TinyCheck-in mövcud olduğu portalı istifadəyə verib

Kaspersky TinyCheck-in mövcud olduğu portalı istifadəyə verib

28-07-2022
Kaspersky: Istifadəçilərin çoxu öz tərəfdaşlarının rəqəmsal təqibini qəbuledilməz hesab edir

Kaspersky: Istifadəçilərin çoxu öz tərəfdaşlarının rəqəmsal təqibini qəbuledilməz hesab edir

22-11-2021
Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

14-02-2023
“No More Ransom” təşəbbüsü altı illik fəaliyyətinin yekunlarını təqdim edib

“No More Ransom” təşəbbüsü altı illik fəaliyyətinin yekunlarını təqdim edib

02-08-2022
Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

23-09-2021
Kaspersky kriptoqraflarla mübarizə üçün yeni alət hazırlayıb

Kaspersky kriptoqraflarla mübarizə üçün yeni alət hazırlayıb

28-04-2022
Kaspersky: Smartfon istifadəçiləri şifrələrini tərəf müqabillərindən gizlətmir

Kaspersky: Smartfon istifadəçiləri şifrələrini tərəf müqabillərindən gizlətmir

07-01-2022
Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

23-12-2021
Bank troyanlarının Azərbaycan istifadəçilərinə hücumları artıb

Bank troyanlarının Azərbaycan istifadəçilərinə hücumları artıb

26-02-2021
Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

03-11-2021
Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

15-05-2020
Azərbaycanda 35 min gizli maynerlik proqramları aşkarlanıb

Azərbaycanda 35 min gizli maynerlik proqramları aşkarlanıb

21-11-2022
Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020
2021-ci ildə Kaspersky tərəfindən 380 min zərərli fayl aşkarlanıb

2021-ci ildə Kaspersky tərəfindən 380 min zərərli fayl aşkarlanıb

20-12-2021
No More Ransom təşəbbüsü sayəsində $900 milyonun təcavüzkarların əlinə keçməsinin qarşısı alınıb

No More Ransom təşəbbüsü sayəsində $900 milyonun təcavüzkarların əlinə keçməsinin qarşısı alınıb

30-07-2021
Kaspersky valideyn nəzarəti məhsullarını sınaqdan keçirib

Kaspersky valideyn nəzarəti məhsullarını sınaqdan keçirib

03-07-2020
Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018
Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020
Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020
Azərbaycanda kiber hücumların sayı artıb

Azərbaycanda kiber hücumların sayı artıb

16-12-2020
Kaspersky: Mürəkkəb hədəf hücumlarının sayı artıb!

Kaspersky: Mürəkkəb hədəf hücumlarının sayı artıb!

03-08-2021
Azərbaycanda internetdə dələduzluq mənbələri aşkarlanıb

Azərbaycanda internetdə dələduzluq mənbələri aşkarlanıb

11-11-2020
Azərbaycanda şifrələnmə hücumlarının sayı artır

Azərbaycanda şifrələnmə hücumlarının sayı artır

29-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə