Previous Next
Bağla

Kaspersky: Istifadəçilərin çoxu öz tərəfdaşlarının rəqəmsal təqibini qəbuledilməz hesab edir

22-11-2021 13:42
Kaspersky: Istifadəçilərin çoxu öz tərəfdaşlarının rəqəmsal təqibini qəbuledilməz hesab edir

Kaspersky-nin yeni sorğusuna əsasən, dünya üzrə istifadəçilərin 70%-i öz tərəfdaşlarının rəqəmsal təqibini məqbul hesab etmir. Onlar arasında bunun müəyyən şərtlər daxilində mümkün ola biləcəyini hesab edənlərin 63%-i öz tərəfdaşını təhlükəsizlik, 63%-i xəyanət şübhəsi səbəbiylə, 50%-i isə qanunsuz fəaliyyət şübhələrilə izləyə biləcəyini bildirib.

“Sorğumuzn məlumatlarına görə, respondentlərin üçdə birindən çoxunu (37%) tərəfdaşlarının onların rəqəmsal məxfiliyini poza bilmək ehtimalı narahat edir. Onlar, xüsusilə, yaxın bir şəxsin daha əvvəl və ya indi onların sosial şəbəkədəki fəaliyyətini yoxladığından (53%) və ya mətn mesajlarını oxuduğundan (51%) ehtiyat edir,” deyə Kaspersky-nin kibertəhlükəsizlik mütəxəssisi Viktor Çebışev qeyd edir. “Bugün məxfiliyə qarşı həm də stalker (gizli təqib) proqramları təhdid yaradır. Ona görə də, proqramın necə işlədiyini və stalkerlə qarşılaşan zaman nə etmək lazım olduğunu bilmək vacibdir. Bu təhdidlə mübarizə aparmaq üçün, iki ilə əvvəl Stalker Proqramları ilə Mübarizə Koalisiyası (Coalition Against Stalkerware) yaradılıb. Bugün Kaspersky ilə yanaşı ona dünya üzrə 40-dan çox təşkilat daxildir.

“Məişət Zorakılığına Qarşı Milli Şəbəkə, Kaspersky-nin məxfilik və şəxsi ünsiyyət zamanı casus proqramlardan istifadə barədə məlumatlılığın artırılması istiqamətində atdığı addımları alqışlayır. Bu sahədə məlumat qıtlığı var, buna görə də, bu məlumatların təhlükəsizlik səviyyəsinin artırılması və zərərçəkənlərin gizliliyinin qorunması üçün istifadə ediləcəyini səbrsizliklə gözləyirik,” Məişət Zorakılığına Qarşı Milli Şəbəkənin (NNEDV) direktoru Erika Olsen bildirib.

Əgər istifadəçi cihazına stalker proqramının quraşdırıldığından şübhə edirsə, Kaspersky aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:

1. casus proqramını silməyə tələsməyin, əgər o, şəxsi cihazda aşkarlanıbsa, təcavüzkar bunu görə bilər;

2. müdafiə strategiyası hazırlamaq üçün hüquq-mühafizə orqanları və məişət zorakılığı qurbanlarına yardım göstərən təşkilatlarla əlaqə saxlayın (bir sıra ölkələrdəki belə təşkilatların siyahısını www.stopstalkerware.com saytında görmək olar);

3. Stalker Proqramları ilə Mübarizə Koalisiyasının qorunma üsulları haqqında videoya baxın;

4 Koalisiyanın saytındakı materiallarla tanış olun, burada stalker proqramlarının aşkarlanması, silinməsi və onların hücumunun qarşısının alınmasına həsr edilmiş səhifə var;

5. cihazda stalker proqramının quraşdırılıb-quraşdırılmadığını müəyyən etmək üçün xüsusi həllərdən, məsələn, Android üçün Kaspersky Internet Security-dən istifadə edin.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky 2020-ci ildə “stalker” proqramları ilə mübarizə nəticələrinin icmalını hazırlayıb

04-03-2021

Kaspersky TinyCheck-in mövcud olduğu portalı istifadəyə verib

28-07-2022

Kaspersky təqib proqramları ilə mübarizə üçün yeni alət hazırlayıb

26-11-2020

Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

14-02-2023

Kaspersky: Smartfon istifadəçiləri şifrələrini tərəf müqabillərindən gizlətmir

07-01-2022

Kaspersky: Microsoft Exchange Server-ə hücumlar artıb

09-09-2021

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

05-06-2020

Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

11-07-2019

Kaspersky Lab məişət və rəqəmsal vərdişlər arasında əlaqəni araşdırıb

03-05-2019

No More Ransom təşəbbüsü sayəsində $900 milyonun təcavüzkarların əlinə keçməsinin qarşısı alınıb

30-07-2021

İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

30-07-2020

Şimali Koreyadan olan kiberqrup dünya üzrə şirkətlərə hücum edir

12-08-2022

Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

03-11-2021

Kaspersky: kiberbullinq hallarının təxminən üçdə birində insanlar təcavüzkarı şəxsən tanıyır

15-10-2021

Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

21-10-2021

Kaspersky kriptoqraflarla mübarizə üçün yeni alət hazırlayıb

28-04-2022

Menecerlər və İT mtəxəssislər arasında anlaşmazlıq nəyə səbəb olur?

19-01-2023

Azərbaycanda kiber hücumların sayı artıb

16-12-2020

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020

Kaspersky Azərbaycanda Android istifadəçilərinə olunan hücümları araşdırıb

25-07-2022

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020

Kaspersky Azərbaycanda Log4shell hücumlarının qarşısını alıb!

02-02-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə