Previous Next
Bağla

Kaspersky təqib proqramları ilə mübarizə üçün yeni alət hazırlayıb

26-11-2020 12:25
Kaspersky təqib proqramları ilə mübarizə üçün yeni alət hazırlayıb

Kaspersky-nin də daxil olduğu Stalker Proqramlarına Qarşı Koalisiya (Coalition Against Stalkerware) özünün ilk fəaliyyət ildönümünü 2020-ci ilin noyabrında qeyd edir. Koalisiya iştirakçılarının sayı il ərzində 2,5 dəfə artıb. Bu tarixə qədər Kaspersky tədqiqat mərkəzi olan GReAT qrupunun mütəxəssis komandası tərəfindən hazırlanmış TinyCheck utiliti yayımlanıb.

Yeni alət mobil cihazlarda quraşdırılmış stalker (təqib) və casus proqramını aşkarlayır, təqibin təşəbbüskarı isə bundan xəbər tutmur. Raspberry Pi platformasında işləyən cihazlar üçün nəzərdə tutulmuş açıq mənbəli utilitdir. O, qeyri-kommersiya təşkilatlarının məişət zorakılığı qurbanlarına öz fiziki və rəqəmsal bütövlüyünü qorumaq işində dəstək olması məqsədilə hazırlanmışdır. TinyCheck mobil cihazdan gələn trafiki taramaq və casus proqramı yaradıcılarının serverlərə qoşulmalarını tanımaq üçün Wi-Fi istifadə edir. Onu buradan görə bilərsiniz: https://github.com/KasperskyLab/tinycheck.

“Belə bir alət yaratmaq ideyası qadın hüquqlarını müdafiə edən bir Fransız qeyri kommersiya təşkilatının nümayəndələri ilə stalker proqramı problemini müzakirə etdiyimiz bir yığıncaqda meydana gəldi. Cihazlarına bir təqib proqramı qurulduğundan şübhələnən, bununla belə, bildiklərini paylaşmayan insanlara necə kömək edə biləcəyimiz barədə düşündük,” deyə TinyCheck-i yaradan Kaspersky tədqiqat mərkəzinin mütəxəssisi Feliks Eme bildirib.

2018-ci ildən etibarən toplanan Kaspersky məlumatlarına görə, dünyada cihazlarına stalker proqramları quraşdırılmış istifadəçilərin illik sayı təxminən 50 min nəfərdir. Pandemiya dövründə bu rəqəmin praktiki olaraq dəyişmədiyini qeyd etmək lazımdır: 2019-cu ilin yanvar-oktyabr aylarında demək olar ki, 52 min, 2020-ci ilin eyni dövründə - 48,500-dən çox belə qurğu qeydə alınıb. Dünyadakı insanlar arasında bu təhlükə barədə məlumatlılığı artırmaq üçün Koalisiya üzvləri 2020-ci ildə bir sıra kütləvi çıxışlar və tədbirlər təşkil ediblər. Bunlardan biri, xüsusilə 2020-ci ilin noyabrında BMT-nin İnterneti İdarəetmə Forumu çərçivəsində baş tutub.

“Stalker proqramları ilə mübarizə koalisiyası artıq bir ildir ki mövcuddur və bu müddət ərzində məlum olub ki, problem təkcə texniki deyil, həm də sosial və qlobaldır. Çətinlik ondan ibarətdir ki, yayılması və istifadəsi üçün tənzimləmənin yoxluğu fonunda qanuni kommersiya təqib proqramları ilə mübarizə aparmalı oluruq, həm də zorakılığın müxtəlif formalarına qarşı tədbirlər görürük. Topladığımız məlumatlar QHT-lərə sui-istifadənin texniki formaları ilə bağlı təlimlər keçməyə imkan verir, lakin bu kifayət deyil, eyni zamanda bu cür təcrübənin psixoloji və sosial nəticələri və səbəbləri ilə işləməli və onları başa düşməliyik,” deyə Kaspersky-nin xarici əlaqələr şöbəsinin müdiri Kristina Şingareva bildirib.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky 2020-ci ildə “stalker” proqramları ilə mübarizə nəticələrinin icmalını hazırlayıb

04-03-2021

Kaspersky TinyCheck-in mövcud olduğu portalı istifadəyə verib

28-07-2022

Kaspersky: Istifadəçilərin çoxu öz tərəfdaşlarının rəqəmsal təqibini qəbuledilməz hesab edir

22-11-2021

Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

14-02-2023

No More Ransom təşəbbüsü sayəsində $900 milyonun təcavüzkarların əlinə keçməsinin qarşısı alınıb

30-07-2021

Azərbaycanda mobil telefonlara kiberhücumların sayı 3 dəfə artıb

01-09-2023

Azərbaycanda mobil telefonlara kiberhücumların sayı 3 dəfə artıb

02-09-2023

“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

08-05-2020

Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

23-12-2021

“No More Ransom” təşəbbüsü altı illik fəaliyyətinin yekunlarını təqdim edib

02-08-2022

Kaspersky kibertəhlükəsizlik üzrə silsilə onlayn konfranslara başlayır

12-06-2020

Azərbaycanda kiber hücumların sayı artıb

16-12-2020

2021-ci ildə Kaspersky tərəfindən 380 min zərərli fayl aşkarlanıb

20-12-2021

İnnovasiya həftəsi çərçivəsində Kaspersky Security Day keçirilib

28-10-2019

Kaspersky: Tanışlıq xidmətlərindən istifadə edənlər onlayn təqibin qurbanına çevrilir

16-08-2021

Kriptovalyutanın kəskin bahalaşması kibertəhdidlərə necə təsir edir

22-02-2021

Azərbaycanda 35 min gizli maynerlik proqramları aşkarlanıb

21-11-2022

Kaspersky: Smartfon istifadəçiləri şifrələrini tərəf müqabillərindən gizlətmir

07-01-2022

Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

23-09-2021

Kaspersky kriptoqraflarla mübarizə üçün yeni alət hazırlayıb

28-04-2022

Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

26-01-2017

Kaspersky və G-Core Labs oyun startaplarını dəstəkləmək üçün müştərək proqrama başlayır

07-12-2020

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

Azərbaycanda şifrələnmə hücumlarının sayı artır

29-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə