Bakı bu yaxınlarda növbəti beynəlxalq əhəmiyyətli texnoloji təşəbbüsə ev sahibliyi edib. "Startup Wise Guys", SABAH.HUB-un texniki dəstəyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (IDDA) həyata keçirdiyi “Azerbaijan Acceleration Program” uğurla başlayıb.
Proqramın məqsədi innovativ startapları dəstəkləyərək, xüsusilə dayanıqlı inkişaf və təmiz texnologiyalar sahəsində dəyişiklik yaratmaqdır.
10 həftəlik onlayn və 2 həftəlik Bakıdakı seçim mərhələsini əhatə edən bu prestijli proqramda 290 startap arasından cəmi 10-u seçilib. Bu seçilmiş komandalar İtaliya, İspaniya, Gürcüstan, Hindistan, Türkiyə, Azərbaycan və Qazaxıstan kimi müxtəlif ölkələrdən olan təşəbbüskarlara məxsusdur.
Bu siyahıda Azər Alilinin və onun komandasının rəhbərlik etdiyi həll kibertəhlükəsizlik sahəsində yeganə seçilmiş startap olub. Bu, həm texniki, həm də strateji baxımdan xüsusi əhəmiyyət daşıyır.
Bu uğurun təməlində təkcə Azər Alilinin illərlə formalaşmış bilik və təcrübəsi deyil, eyni zamanda onun ətrafına topladığı peşəkar, motivasiyalı və yüksək ixtisaslı komanda dayanır. Seçim təməlində aşağıdakı əsas kriteriyalar dayanıb:
- Məhsulun texniki inkişafı və təhlükəsizlik arxitekturasının qurulması
- Müştəri ehtiyaclarına əsaslanan çevik həllərin hazırlanması
- Biznes modellərinin optimallaşdırılması və maliyyə effektivliyi
- Beynəlxalq bazarlara çıxış strategiyalarının hazırlanması
Komanda ruhu və qarşılıqlı etimad bu layihəni fərqləndirən əsas dəyərlərdəndir. Azər Alilinin liderliyi altında bu kollektivi bir araya gətirən əsas faktor onun böyük vizyonu, şəffaf kommunikasiya tərzi və ilhamverici idarəetmə yanaşmasıdır.
Azər Alilinin komandasının yaratdığı bu startap yalnız məlumat və xidmətlərin qorunmasını deyil, həm də biznesin dayanıqlığını və rəqabət qabiliyyətini artırmaq üçün alqoritmik və texnoloji əsaslı yeniliklər təqdim edir. Bu platforma sayəsində müəssisələr kibertəhlükələrə qarşı daha çevik, qənaətli və effektiv müdafiə sistemlərinə malik olurlar.
Bu uğur, Azərbaycan startap ekosisteminə mühüm təkan verir. Azər Alilinin və komandasının beynəlxalq səviyyədə tanınması gənc texnoloq və təşəbbüskarlar üçün nümunə olmaqla yanaşı, ölkəmizin qlobal innovasiya xəritəsində daha görünən və etibarlı bir oyunçu kimi tanınmasına səbəb olur.
Azər Alilinin bu uğuru – təkcə fərdi nailiyyət deyil, həm də güclü komanda işinin və məqsədyönlü liderliyin real nəticəsidir. Bu layihə Azərbaycanın texnoloji inkişafına verdiyi töhfə ilə yanaşı, qlobal kibertəhlükəsizlik ekosistemində də öz sözünü deməyə hazır olduğunu sübut edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları