Previous Next
Bağla
REKLAM YERİ

Mastercard Azərbaycanda GooglePay-ın işə salınmasını qeyd edir

23-08-2022 13:34
Mastercard Azərbaycanda GooglePay-ın işə salınmasını qeyd edir

Rəqəmsal ödənişləri gündəlik həyatın bir parçasına çevirərək, Mastercard Azərbaycanda ödənişlərin rəqəmsallaşdırılması proseslərinə rəhbərlik etməkdədir. Bir neçə il öncə işə salınmış Nağdsız Azərbaycan proqramı hazırda maliyyə mənzərəsini tamamilə dəyişərək ödəniş proseslərinə şəffaflıq və rahatlıq, ölkə iqtisadiyyatına isə güc qatıb. Texnologiyaya olan inamın artması ilə Azərbaycanda təmassız ödənişlər populyarlıq qazanıb.

Xeberler.az bildirir ki, smartfonlar bir ünsiyyət vasitəsindən daha artıq olublar və insanlar tərəfindən bir yerdən başqa yerə getmək, müxtəlif tədbirlərdə iştirak etmək, yemək sifariş vermək üçün istifadə edildiyi bir vaxtda artıq loyallıq və bank kartları daşıyıcılarına da çevriliblər.

Bu gündən etibarən Azərbaycanda Mastercard sahibləri kartlarını Google Wallet-ə (Google Cüzdan) əlavə edə və təmassız ödənişlərin qəbul edildiyi yerlərdə Android telefonları və geyilə bilən ağıllı cihazları ilə ödəniş edə biləcəklər.

Mastercard-ın Türkiyə və Azərbaycan üzrə baş direktoru Avşar Gürdal “Nağdsız Azərbaycan” proqramının başlanmasının ardından ölkədə ödəniş kartlarının sayının iki dəfə artdığını bildirib. “Biz Azərbaycanı nağdsız gələcəyə aparmaq əzmindəyik. Ona görə də bizim bütün layihə və planlarımız Rəqəmsal və Nağdsız Gələcək üçün infrastrukturun yaradılmasına xidmət edir. Pandemiya dövrü başlayandan bu yana ölkədə bir sıra layihələr həyata keçiririk ki, bu da nağdsız ödənişlərin sayının artmasına və nəticədə istifadəçilər arasında məlumat və inam səviyyəsinin artmasına səbəb olub. Ölkədaxili POS-dan istifadə 2,6 milyard manatdan 11 milyard manata, elektron ticarətin payı isə artaraq 9 faizdən 30 faizə yüksəlib. Bu artım tempi 4 il ərzində e-ticarət həcmlərinin 10 dəfədən çox artması deməkdir.

Son 50 ili müqayisə etsək, qarşıdakı 5 il daha çox dəyişikliklər vəd edir. Belə ki, 2025-ci ildə ölkə əhalisinin demək olar ki yarısı mobil internetdən istifadə edəcək, bütün internetə qoşulmaların 85%-i smartfonlar vasitəsilə həyata keçiriləcək və 2025-ci ilə qədər mobil telefon istifadəçilərinin sayında bir milyona yaxın artım gözlənilir. Mobil təmassız nüfuzun yüksək olduğu ölkələrdə ümumi təmassız ödəniş qəbul 90 faizə çatıb. Onu deyim ki, Azərbaycanda POS cihazların 82%-i təmassız ödənişləri qəbul edir və indi smartfonlar da POS cihazıdır deyə bilərik. Şamaxıda başlatdığımız kimi, təmassız kartlar və smartfonlar ictimai nəqliyyatda da ödəniş vasitəsinə çevriləcək”.

Google Wallet Vitse-Prezidenti və Baş Meneceri Cenni Çenq qeyd edir ki, bu texnologiya istənilən Android telefonu və ya geyilə bilən ağıllı cihaz ilə sürətli, asan və təhlükəsiz ödəniş üsulu təmin edir. “Toxundurun və qatara minin, mağazalarda ödəmək üçün toxundurun, biletinizə asanlıqla daxil olun, loyallıq kartlarınızı saxlayın və s. Hara getməyinizdən asılı olmayaraq hər şeyi bir arada qoruyun".

GooglePay-i Azərbaycana gətirən Mastercard müştərilər üçün daha təhlükəsiz, daha etibarlı xüsusi ödəniş imkanları təqdim edir, yəni onlara bank kartlarını başqalarına vermək, düymələrə fiziki toxunuşlar etmək və ya nağd pul mübadiləsi kimi bəzi əməliyyatlardan uzaqlaşmağa kömək edir.

GooglePay Mastercard tərəfdaşı olan ABB, Kapital Bank, Bank Respublika, Unibank, Rabitabank və Paşabank kimi banklarda mövcuddur. Bu banklar Mastercard kart sahiblərinə GooglePay-də qeydiyyatdan keçmək və kartları ilə ödənişlər etmək müqabilində üstünlüklər verəcəklər. Bununla yanaşı, biz Mastercard olaraq ölkə daxilində müxtəlif ticarət müəssisələri və brend mağazalarında fərqli kampaniyalarımız çərçivəsində üstünlüklər təqdim edirik (ticarət müəssisələri və brend mağazaların tam siyahısı: https://mstr.cd/gpay)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mastercard Azərbaycanda “Apple Pay kampaniyalarının” başladıldığını elan edib

03-11-2021

Azərbaycanda "Apple Pay" və "Google Pay"lə ödənişlərin ümumi məbləği artıb

12-03-2026

Mastercard-ın yeni kampaniyası müştəri vərdişlərini dəyişməyə davam edir

16-04-2020

Ötən il ödəniş kartlarının 80 faizi təmassız ödənişləri dəstəkləyib

10-03-2025

Azərbaycanda dövriyyədə olan bankomat və POS-terminalların sayı açıqlanıb

10-03-2025

Bu gün Google Pay Azərbaycanda rəsmi olaraq istifadəyə verilib

23-08-2022

ApplePay, SamsungPay və GooglePay Azərbaycana gələ bilər

01-11-2019

Bravoda Mastercardla ödə, yeni Lexusla get

04-08-2020

Mastercard Azərbaycanda yeni xidmət tətbiq edəcək

30-11-2018

Ekspert: Çoxları maraqlanır ki, Google Pay istifadəçiyə hansı üstünlüyü qazandıracaq ?

23-08-2022

Mastercard və Starbucks-dan hədiyyə kampaniyası

14-01-2022

Şamaxı “Nağdsız Azərbaycan” innovasiyalarında liderlik edir

17-02-2021

Mastercard-la nağdsız Azərbaycana doğru

12-12-2019

Nikoyl Bank təmassız plastik kartları tətbiq etdi

02-10-2015

Mastercard və EPUL Azərbaycanda birgə kampaniyaya start veriblər

05-12-2018

Azərbaycanda bank kartlarının sayında və nağdsız ödənişlərdə böyük artım

26-12-2023

Mərkəzi Bank və Mastercard Rəqəmsal Ölkə Tərəfdaşlığına başladığını elan edib

28-04-2021

Nağdsız ödənişlərin 87 faizdən çoxu elektron ticarətin payına düşüb

30-08-2025

Ağalı kəndində nağdsız ödəniş imkanları genişləndirilib

12-09-2022

Azərbaycanda kartlarla nağdsız əməliyyatların həcmi iki dəfə artıb

25-07-2022

Azərbaycanda Visa Cashless Forum-u keçirilib

12-02-2020

“Nağdsız ödənişlər barədə orqanlar qarşısında vəzifələr qoyulub”

23-01-2018

Kart vasitəsilə edilən ölkədaxili nağdsız ödənişlərin həcmi artıb

25-02-2025

İyunda elektron ticarət üzrə 2 min 867 milyon manat nağdsız ödəniş edilib

27-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə