Previous Next
Bağla

Mastercard Azərbaycanda “Apple Pay kampaniyalarının” başladıldığını elan edib

03-11-2021 18:20
Mastercard Azərbaycanda “Apple Pay kampaniyalarının” başladıldığını elan edib

Rəqəmsal transformasiya həyatın bütün aspektləri üçün dünya miqyasında bir hekayəyə çevrilib. Azərbaycan sürətli rəqəmsallaşma prosesində nümunələrdən biri kimi çıxış edir. Nağdsız Azərbaycan – bir neçə il əvvəl başladılan bu proqram indi daha irimiqyaslı bir hərəkata çevrilib.

Mastercard ölkənin ödəniş sahəsindəki rəqəmsallaşmaya və alış-veriş təcrübəsinin inqilabi dəyişikliyinə rəhbərlik edir.

Bu gün təhlükəsizlik və məxfiliyə əlavə olaraq, rəqəmsal ödənişlər maliyyə proseslərini asanlaşdırır, şəffaflıq yaradır və ölkə iqtisadiyyatını başqa bir səviyyəyə daşıyır.

Təmassız ödənişlər texnologiyaya olan inamın artması fonunda Azərbaycanda getdikcə daha da populyarlaşır.

Erdem Çakar, Mastercard-ın Azərbaycan üzrə Ölkə Meneceri bildirib ki, təmassız ödənişlərin həcmi artıb. Nağdsız Azərbaycan proqramı başlayandan ödəniş kartlarının sayı iki dəfə çoxalıb. “Azərbaycanı nağdsız gələcəyə aparmaqda qərarlıyıq. Buna görə də bütün layihə və planlarımız Rəqəmsal və Nağsız Gələcək üçün infrastruktur yaratmağa xidmət edir. Pandemiya ərzində ölkədə bir neçə layihə həyata keçirdik, hansı ki, nağdsız ödənişlərin sayında artımla nəticələndi və son istifadəçilər arasında məlumat səviyyəsini və etibarı yüksəltdi. Daxili POS -terminallardan istifadənin beş dəfə atması nəticəsində onların dövriyyəsi 2 milyard manatdan 10 milyard manata çatdı, e-ticarətin payı isə 15%-dən 30%-ə yüksəldi. Bu ikiqat artım 4 il ərzində e-ticarət həcmində 10 qat artım deməkdir. Pandemiyanın gəlişi ilə təmassız ödənişlər dar çevrədə istifadə edilən ödəniş üsulundan əksər istifadəçilərin üstünlük verdiyi ödəniş üsuluna çevrildi”, - Erdem Çakar deyib.

“Son 50 ili müqayisə etsək, növbəti 5 il daha çox dəyişiklik vəd edir. Belə ki, 2025-ci ildə mobil internet istifadəçilərinin sayının 5 milyarda çatacağı gözlənilir, hər bir istifadəçinin payına 4.4 cihaz düşəcək, mobil telefondan istifadə müddəti gündəlik 3.6 saat olacaq, evlərdəki ağıllı cihazların sayı 5.4 milyarda çatacaq və ümumilikdə cihazların sayı 25 milyard civarında olacaq. Rusiya, Gürcüstan və Belarus kimi qonşu ölkələrdə edilən hər iki ödənişdən biri mobil cihazlar vasitəsilə təmassız formada edilir. Daha yüksək təmassız mobil cihaz nüfuzetməsi olan ölkələrdə isə ümumi təmassız ödəniş qəbulu 90 faizə çatıb. Deməliyəm ki, Azərbaycandakı POS cihazların 80%-i təmassız ödənişləri qəbul edir və indi smartfonlar da POS cihazıdır. Şamaxıda
başladığımız layihədə olduğu kimi, smartfonlar nəqliyyat kartlarına çevriləcək”, - Mastercard-ın Avropa bazarları regionunda biznesin inkişafı və kiber təhlükəsizlik üzrə vitse-prezidenti Hakan Tatlıcı bildirib.

Mastercard Azərbaycanda “Apple Pay kampaniyalarının” başladıldığını elan edib. Bu həll müştəriləri daha təhlükəsiz, daha etibarlı və xüsusi ödəniş seçimləri ilə təmin edir, yəni onları bank kartlarını başqalarına vermək, düymələrə fiziki toxunuş və ya nağd pul mübadiləsi kimi əməliyyatlardan azad edir. Müştərinin ödəniş etməsi üçün iPhone smartfonunu və ya iWatch ağıllı saatını terminala yaxınlaşdırmaq kifayətdir.

Apple Pay Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Bank Respublika və Unibank-da mövcuddur. Bu banklar Mastercard kart sahiblərinə öz kartlarını Apple Pay-də tanıtmaq və istifadə etmək üçün üstünlüklər təqdim edəcək. Amma hər şeydən öncə biz, Mastercard olaraq müxtəlif kampaniyalarımız çərçivəsində kart istifadçilərimizə bonuslar verəcəyik: müştərilərimiz Mastercard-ı Apple Pay tətbiqinə əlavə edərək market alış-verişlərində 5 AZN, Azpetrol-da edilən 10 AZN-lik yanacaq ödənişində 2 AZN kəşbək qazanacaq, hər bir Apple Pay istifadəçisinə KFC restoranlarında etdiyi ödənişlərdə isə frenç frayz hədiyyə olunacaq. Tezliklə Cinema Plus-dan da faydalı təkliflərimiz gözlənilir. Mastercard-ı Apple Pay tətbiqinə əlavə edin və kəşbəklər, çoxlu bonuslar və hədiyyələr qazanın.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Mastercard Azərbaycanda GooglePay-ın işə salınmasını qeyd edir

Mastercard Azərbaycanda GooglePay-ın işə salınmasını qeyd edir

23-08-2022
Mastercard və Starbucks-dan hədiyyə kampaniyası

Mastercard və Starbucks-dan hədiyyə kampaniyası

14-01-2022
Azərbaycanda "Apple Pay" və "Google Pay"lə ödənişlərin ümumi məbləği artıb

Azərbaycanda "Apple Pay" və "Google Pay"lə ödənişlərin ümumi məbləği artıb

12-03-2026
Mastercard-ın yeni kampaniyası müştəri vərdişlərini dəyişməyə davam edir

Mastercard-ın yeni kampaniyası müştəri vərdişlərini dəyişməyə davam edir

16-04-2020
“iPhone 6” istifadəçilərinin əksəriyyəti “Apple pay”-dən ödəniş edir

“iPhone 6” istifadəçilərinin əksəriyyəti “Apple pay”-dən ödəniş edir

23-05-2015
Bu gün Google Pay Azərbaycanda rəsmi olaraq istifadəyə verilib

Bu gün Google Pay Azərbaycanda rəsmi olaraq istifadəyə verilib

23-08-2022
Apple Pay daha iki ölkədə istifadəyə veriləcək

Apple Pay daha iki ölkədə istifadəyə veriləcək

30-10-2015
Azərbaycanda Apple Pay-la ödəniş  Google Pay-dan 8 dəfə artıq olub

Azərbaycanda Apple Pay-la ödəniş Google Pay-dan 8 dəfə artıq olub

15-02-2023
Ekspert: Çoxları maraqlanır ki, Google Pay istifadəçiyə hansı üstünlüyü qazandıracaq ?

Ekspert: Çoxları maraqlanır ki, Google Pay istifadəçiyə hansı üstünlüyü qazandıracaq ?

23-08-2022
Mastercard və EPUL Azərbaycanda birgə kampaniyaya start veriblər

Mastercard və EPUL Azərbaycanda birgə kampaniyaya start veriblər

05-12-2018
Bravoda Mastercardla ödə, yeni Lexusla get

Bravoda Mastercardla ödə, yeni Lexusla get

04-08-2020
“Azərpoçt” MMC yeni “Mobil POS” xidmətini istifadəyə verib

“Azərpoçt” MMC yeni “Mobil POS” xidmətini istifadəyə verib

22-01-2025
Apple Pay və Google Pay-in tətbiqi üçün infrastruktur yaradılır

Apple Pay və Google Pay-in tətbiqi üçün infrastruktur yaradılır

10-09-2019
Ötən il ödəniş kartlarının 80 faizi təmassız ödənişləri dəstəkləyib

Ötən il ödəniş kartlarının 80 faizi təmassız ödənişləri dəstəkləyib

10-03-2025
Google Pay Yelo Bank-da!

Google Pay Yelo Bank-da!

05-09-2022
Ötən il “Apple Pay” və “Google Pay” ilə edilən ödənişlər 2 dəfə artıb

Ötən il “Apple Pay” və “Google Pay” ilə edilən ödənişlər 2 dəfə artıb

10-03-2025
ABB-dən metro istifadəçilərinə xüsusi fürsət!

ABB-dən metro istifadəçilərinə xüsusi fürsət!

15-11-2025
Mastercard Azərbaycanda yeni xidmət tətbiq edəcək

Mastercard Azərbaycanda yeni xidmət tətbiq edəcək

30-11-2018
Nikoyl Bank təmassız plastik kartları tətbiq etdi

Nikoyl Bank təmassız plastik kartları tətbiq etdi

02-10-2015
Mastercard-dan nağdsız ödənişlərin böyüməsi üçün yeni xidmət

Mastercard-dan nağdsız ödənişlərin böyüməsi üçün yeni xidmət

16-05-2019
“Apple Pay” və “Google Pay” ödəniş üsulları ilk dəfə “Azercell” tətbiqində

“Apple Pay” və “Google Pay” ödəniş üsulları ilk dəfə “Azercell” tətbiqində

23-12-2024
Azərbaycanda dövriyyədə olan bankomat və POS-terminalların sayı açıqlanıb

Azərbaycanda dövriyyədə olan bankomat və POS-terminalların sayı açıqlanıb

10-03-2025
Bu ölkələr Apple Pay-i qəbul edəcək

Bu ölkələr Apple Pay-i qəbul edəcək

12-06-2015
Qlobal ödəniş sistemlərinin Azərbaycanda tətbiqi niyə ləngiyir?

Qlobal ödəniş sistemlərinin Azərbaycanda tətbiqi niyə ləngiyir?

21-12-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə