“Euronews Academy” beynəlxalq tədris proqramı çərçivəsində iyunun 23-dən 27-dək davam edən ilk təlim modulu bu gün yekunlaşıb.
Xeberler.az məlumat verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Avropanın nüfuzlu media qurumlarından biri olan “Euronews” telekanalının birgə əməkdaşlığı ilə həyata keçirilən layihə çərçivəsində iştirakçılar beş gün ərzində müasir jurnalistikanın müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki biliklər əldə ediblər.
Təlim proqramının son günündə “Mobil Jurnalistika” mövzusunda sessiya keçən Levan Shermadini informasiyanın hazırlanması, oxucunun diqqətini çəkə biləcək başlıqların seçilməsi və müasir proqram təminatlarının tətbiq imkanları barədə ətraflı məlumat verib. Bununla yanaşı, onlayn rejimdə keyfiyyətli foto və videomüsahibələrin hazırlanması, düzgün işıqlandırma üsullarından istifadə, telefon vasitəsilə videosüjetlərin redaktəsi və aydın səslə audiomüsahibələrin yazılması bacarıqları öyrədilib.
Proqram müddətində iştirakçılar rəqəmsal xəbər toplanması, süni intellekt və SEO alətləri, data vizualizasiya, video strategiyası, sosial media və mobil jurnalistika kimi geniş spektrli mövzular ətrafında keçirilən təlimlərə qatılıblar. Təlimləri “Euronews” telekanalının peşəkar mütəxəssisləri – multimedia jurnalisti Tuba Altunkaya, sosial media redaktoru Fatih Yetim və baş operator Levan Shermadini aparıb.
Qeyd edək ki, proqramda yüksək nailiyyət göstərən iştirakçılar “Euronews” kanalında təcrübə keçmək imkanı əldə edəcəklər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları