“İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16-10-2025 / 15:39

Elm və Təhsil Nazirliyinin dəstəyi, “AZCON Holding” şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə start verilir.

Xeberler.az məlumat verir ki, layihənin məqsədi şagird və müəllimlər arasında internetdən düzgün istifadə vərdişlərinin formalaşdırılması, eləcə də rəqəmsal savadlılığın artırılmasıdır.

Layihə çərçivəsində “Aztelekom”un mütəxəssisləri tərəfindən ölkənin müxtəlif bölgələrində yerləşən məktəblərdə şagird və müəllim heyəti üçün təlimlər keçiriləcək. Təlimlər zamanı iştirakçılara şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə davranış qaydaları, onlayn təhlükələrdən qorunma üsulları və məsuliyyətli internet istifadəsi barədə məlumatlar veriləcək.

Təlim zamanı iştirakçılarla real situasiyalar əsasında müzakirələr aparılacaq, praktik nümunələr üzərində işləniləcək. Maarifləndirici sessiyalar müasir tədris metodlarına uyğun olaraq interaktiv şəkildə təşkil olunacaq.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə