Xeberler.az bildirir ki, 2018-ci ildə istifadəyə verilmiş “Mənim Bakcellim” Azərbaycanın mobil rabitə bazarında ilk virtual müştəri xidməti tətbiqetməsidir. Müştəri və şirkət arasında şəxsi rəqəmsal interfeys olan “Mənim Bakcellim” 700 min nəfər istifadəçi ilə yerli telekommunikasiya sahəsinin ən çox seçilən tətbiqidir. “Mənim Bakcellim” Azərbaycan üzrə “həyat tərzi” və “məhsuldarlıq” kateqoriyalarında daim ən yüksək yerlərdə olmaqla, Google Play və App Store mağazalarında 4.6 və 4.4 kimi yüksək müştəri reytinqinə malikdir.
““Mənim Bakcellim” sayəsində biz abunəçilərimizə heç bir yerə getmədən və vaxt itirmədən smartfon vasitəsilə öz mobil nömrələrinə tam nəzarət etmək imkanı yaradırıq. Sosial məsafənin saxlanılmasının vacib olduğu və fiziki ünsiyyətin tövsiyə olunmadığı bir vaxtda bu xüsusi əhəmiyyət kəsb edir. Bundan əlavə, “Mənim Bakcellim” Azərbaycanda iqtisadi inkişafın hərəkətverici qüvvələrindən biri olan rəqəmsallaşma prosesinə böyük töhfədir. Bu tətbiq mobil operator və abunəçi arasında ünsiyyəti tam yeni bir rəqəmsal mərhələyə çatdırır”, deyə Bakcell şirkətinin baş kommersiya direktoru Reinhard Zuba bildirib.
İl ərzində Bakcell abunəçiləri tərəfindən 17 milyon dəfədən çox istifadə olunmuş “Mənim Bakcellim” ən üstün müştəri təcrübəsi təmin etməklə məlumat mərkəzinə zəng etmədən və xidmət mərkəzinə getmədən mobil nömrə ilə istənilən əməliyyatı həyata keçirmək üçün çox rahat və sadə üsuldur. Abunəçinin gündəlik müştəri xidmətlərinə olan ehtiyacları sadəcə “bir klik” məsafəsində smartfonun ekranındadır. Çünki balansı, qalıq meqabayt və dəqiqələri, aylıq ödənişin tarixini görmək və yaxud balansı mikrokredit vasitəsilə dərhal artırmaq üçün proqramda əlavə bölməyə girməyə ehtiyac yoxdur. “Mənim Bakcellim” paket təkliflərini müqayisə etmək və almaq, tarifi dəyişmək, nömrənin istifadə tarixçəsinə və xərclənən məbləğlərə baxmaq kimi bir çox əlverişli funksiyalara malikdir.
Həmçinin, “Mənim Bakcellim” tətbiqinin daxilində təqdim olunan onlayn çat vasitəsilə abunəçilər Bakcell Müştəri Xidməti ilə əlaqə saxlayıb bütün suallarına tez bir zamanda cavab ala bilirlər. Bu platforma daxilində müştəri xidməti əməkdaşları cəmi bir neçə saniyə ərzində abunəçilərin sorğularını cavablandırırlar.
“Mənim Bakcellim” bir neçə hesabın idarə edilməsi, rouminq paketlərinin rahat şəkildə əldə olunması, ən yaxın Bakcell mağazalarını tapmaq üçün xəritə, Ulduzum partnyorlarından endirimlər və ən əsası zəng olunan nömrələr və xərclənən məbləğlərin siyahısı kimi unikal funksiyalara malikdir.
“Mənim Bakcellim” mobil tətbiqetməsini Android və iOS sistemləri ilə çalışan cihazlar üçün “Google Play” və “Appstore” portallarından pulsuz yükləmək olar. Daha ətraflı məlumat və proqramı yükləmək üçün linklər https://www.bakcell.com/az/my-bakcell səhifəsində yerləşdirilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri