Azərbaycan Mərkəzi Bankı (AMB) "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində müəyyən edilmiş hədəflərə uyğun təşəbbüslərin həyata keçirilməsini uğurla davam etdirir.
Xeberler.az məlumat verir ki, Dünya Bankı ilə birgə həyata keçirilən “Maliyyə sektorunun modernizasiyası 3 layihəsi” çərçivəsində Mərkəzi Bank ilə Dünya Bankı Qrupu tərəfindən birgə hazırlanmış “Nəzarət texnologiyaları üzrə Yol Xəritəsi” təsdiqlənib.
Yol Xəritəsi nəzarət texnologiyalarının (“SupTech”) inkişafı üçün strateji çərçivəni müəyyən etməklə 2024-2029-cu illər üzrə Mərkəzi Bank tərəfindən bu istiqamətdə planlaşdırılmış layihə və təşəbbüslər portfelini əhatə edir. Həmçinin sənəd “SupTech”in tətbiqinin potensial töhfələrini də özündə kompleks şəkildə cəmləyir.
“SupTech” risk əsaslı nəzarət məqsədləri üçün texnologiya və dataların istifadəsi ilə bağlı gələcək perspektivləri müəyyən etməyi hədəfləyir. “SupTech” alətlərinin tətbiqi nəzarət proseslərinin səmərəliliyini artırmağa, maliyyə institutlarının hesabatlılığının keyfiyyətini və tənzimləyici tələblərə riayət etmə səviyyəsini yüksəltməyə, nəticədə potensial olaraq maliyyə sisteminin dayanıqlılığını gücləndirməyə xidmət edir. Eyni zamanda, “SupTech” Mərkəzi Bankın nəzarət sahəsindəki əsas strateji məqsədi olan risk əsaslı nəzarət yanaşmasının “Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası”na uyğun surətdə tətbiqinə nail olmaq üçün əsas dəstəkləyici amil rolunu oynayacaqdır.
Yol Xəritəsinin icrası həm də Mərkəzi Bankın "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nda müəyyən edilmiş aşağıdakı hədəflərə nail olunmasına dəstək verəcək:
- Data əsaslı “SupTech” həllərin tətbiqi ilə nəzarət proseslərinin təkmilləşdirilməsi
- Nəzarət informasiya sisteminin tətbiqi.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri