Previous Next
Bağla

Məşhur akselerasiya proqramında iştirak edən startaplarımız-Müsahibə

22-11-2022 09:50
Məşhur akselerasiya proqramında iştirak edən startaplarımız-Müsahibə

Azərbaycanın yerli startapları “500 Global” akselerasiya proqramına qəbul olublar.

3 ay davam edəcək proqramda “Bonpara”, “E-point.az” və “Voiceloft” startapları iştirak edir.

Məlumat üçün bildirək ki, “500 Global” akselerasiya proqramı dünyanın ən yaxşı akseleratorlarından hesab edilir. Hər il proqrama dünyanın müxtəlif ölkələrindən onlarla startapı qəbul edilir. Proqram iştirakçı startaplar layihələrini inkişaf etdirməyə, investisiya və investorlarla əlaqələndirməyə imkan yaradır.

Startup.az platformasının nümayəndəsi hazırda Gürcüstanın Tiflis şəhərində keçirilən proqramda iştirak edən startaplarımızın nümayəndələri ilə ətraflı söhbət edib.

Xeberler.az platformaya istinadən “Bonpara” startapının qurucusu Orxan Əhmədovla müsahibəni təqdim edir:

Orxan, öncə ondan başlayaq: Proqrama qəbul edilən startaplarımız hansılardır, nə iş görürlər?

-Bu il “500 Global Georgia” proqramında üç Azərbaycan startapı iştirak edir. “Bonpara” onlayn alış-verişdən kəşbək qazanmağa kömək edən platformadır. Şirkət həm özü bir başa müştərilərə xidmət edir, həm də korportativ qurumlar üçün “Whitelabel” həll təklif edir. Belə desək, istənilən şirkət bonpara həllindən istifadə edərək, bir həftəyə öz kəşbək platformasını işə sala və ya mövcud xidməti ilə inteqrasiya edə bilər. Eyni zamanda şirkət elektron ticarət və fintech üçün həllər üzərində işləyir.

“E-point.az” Azərbaycanda və dünyada kiçik və orta müəssisələr üçün rəqəmsal ödəniş aqreqatoru və e-ticarət platformasıdır. Şirkət elektron ödənişlərin qəbulunu asanlaşdıraraq, biznesin daha sürətli inkişaf etməsinə dəstək olur.

“Voiceloft” startapı isə nitqin tanınması texnologiyalarını inkişaf etdirmək üçün istifadə edilən səs məlumat dəstlərinin toplanmasına və təsdiqlənməsinə diqqət yetirir. Şirkət vurğu və qeyri-doğma danışanlar üçün səsin/nitqin tanınması problemini həll edir.

Proqram nə qədər davam edəcək və burada iştirak startaplara nə qazandırır?

-Akselerasiya proqramı üç ay davam edəcək. Proqramda iştirak startap layihəmizin inkişafı və qlobal bazara çıxış edə bilməsi üçün hərtərəfli təlim və dəstək qazandırır. Eyni zamanda, bu proqramın məzunları arasında əlaqələr və şirkətləri üçün yatırım əldə etməyi asanlaşdırırlar.

Proqram çərçivəsində hansı istiqamətdə təlimlər keçirilir?

-Proqram çərçivəsində ilk növbədə layihənin inkişafı yönündə görülməli sistematik işlər, müştərilərin doğru təyin edilməsi, marketinq, hədəflər və digər mövzularda təlimlər aparılır.

Yəqin ki Gürcüstan bazarını müşahidə və analiz etməyə imkanınız olur. Necə düşünürsüz, qonşu ölkənin startap ekosistemi formalaşıbmı, potensial varmı?

-Elə hesab edirəm ki, Gürcüstan startap bazarı Azərbaycan bazarından daha aktivdir və irəlidədir. Proqram çərçivəsində mütəmadi olaraq əvvəlki illərin məzunları ilə görüşlər keçirilir və əksəriyyəti multi-milyon dollarlıq bazar paylarına sahib, digərləri isə amerikan şirkətləri tərəfindən bir neçə milyon dollar dəyərləndirmə ilə satın alınıblar. “500 Global” proqramının da məhz Gürcüstanda keçirilməsi, buradakı startap ekosisteminin daha sürətlə inkişafına təkan vermək məqsədini daşıyır.

Sizcə, yerli startaplarımızın bu proqramdan öyrəndikləri Azərbaycan startap bazarının inkişafını sürətləndirməyə kömək edə bilərmi?

-”500 Global Georgia” proqramının özəlliyi odur ki, yalnız Gürcüstan startaplarına fokuslanmayıb və yaxın ölkələrdən olan startapları da öz proqramına qəbul edərək, bu startpların inkişafına dəstək olur. Bu artıq Gürcüstanda keçirilən 3-cü proqramıdır və Azərbaycan startapları ilə bərabər proqramda Gürcüstan, Ermənistan, Rusiya, Özbəkistan və İngiltərə-Pakistandan da layihələr var. Proqrama yüzdən çox layihə müraciət etsə də, cəmi 15 startap layihə seçilib. Ümid edirik ki, bizim burada topladığımız təcrübə və biliklər Azərbaycan startap ekosisteminin inkişafına kömək edəcək. Hətta bundan əvvəlki “500 Georgia” proqramının məzunlarından olan, Azərbaycanlı təsisçilər tərəfindən qurulmuş “Nexsale" startapı bu ilin əvvəlində xarici şirkət tərəfindən satın alınıb.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan startapı xaricdən 100 min dollarlıq yatırım alıb

25-01-2023

Azərbaycan startapları “Silikon Vadisi” ekosistemi ilə əlaqələri gücləndirir

25-05-2026

Azərbaycan startapı “Silkway Accelerator 2026”da iştirak edəcək

27-05-2026

INNOLAND-in rezidentləri beynəlxalq proqrama qəbul edilib

03-10-2019

“AZCLOUD ScaleUp” proqramı ilə 5 startapa 25 000 manatlıq dəstək veriləcək

17-12-2021

İnnovasiyalar Agentliyində "DEMO DAY" keçirilib

21-05-2020

İnnovasiyalar Agentliyində “Demo Day” keçirilib

21-07-2020

Azərbaycan startapı Türkiyə bazarında fəaliyyətə başlayacaq

19-08-2023

Azərbaycanlı startapçılar Startap Çili proqramına qoşulub

17-08-2019

INNOLAND beynəlxalq proqramın regional müraciətlərini qiymətləndirəcək

14-12-2018

Türk dövlətlərin texnoloji startapları ABŞ-ın Silikon Vadisinə çıxış əldə edəcək

02-04-2023

“Startup School 3” layihəsinə 125 layihə seçilib

01-08-2025

“INNOLAND”in rezidenti olan “Nextsale” startapını ABŞ şirkəti satın alıb

09-02-2022

Avropanın innovasiya platforması "Tenity" Azərbaycana gəlir

17-10-2025

Bakcell-in rəhbəri:“Azərbaycanın startap bazarında böyük potensial var”

22-07-2016

Azərbaycanda ilk dəfə E-ticarət İnkubasiya Proqramı keçiriləcək

07-02-2025

Azərbaycanın Ən Yaxşı Startapı adını hansı komanda qazanacaq?

07-06-2019

Yerli startap "500 Global"dan 100 min dollar investisiya aldı

16-02-2023

SUP ilk proqramına seçilən startapları açıqladı

26-01-2016

Beynəlxalq müsabiqədə Azərbaycanı 3 Startap təmsil edəcək

09-07-2018

“500 Startups” Türkiyədə hansı startaplara yatırım edəcək?

23-10-2015

Azercell və ADA Universiteti “İdeya İnkubasiyası Proqramı”nın növbəti etapına start verir

25-01-2025

ABB İnnovasiya Mərkəzinin daha 10 startapı investorlara təqdim edildi

01-07-2022

Azərbaycanda qalib startap 1 milyon dollar qazanmaq şansı əldə etdi

09-06-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə