Previous Next
Bağla

Məşhur startaplar ilk müştərilərini necə qazanıb?

22-07-2017 12:36
Məşhur startaplar ilk müştərilərini necə qazanıb?

Hazırda dünyada bəzi məşhur platformalar var ki, onlar da ilk vaxtlar fəaliyyətinə startap kimi başlayıb.

Bu layihələr fəaliyyətə başlayanda bazarda güclü rəqibləri olub. Halbuki, indi milyonlarla müştərisi olan bir resursa çevriliblər.  

Bəs necə oldu ki, bu platformalar rəqiblərini keçərək, uğura daha tez çatdı?

Məsələn, Airbnb işə başladığında bazarda Craiglist kimi güclü bir rəqibi var idi. Quora heç bir istifadəçisi olmadan necə istifadəçi qazanacağını bilmirdi. Bütün bu startaplar mövzu ilə ilə bağlı sualları cavablandırıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Airbnb-dan Dropbox-a, Quora-dan Tinder-a və Foursquare-ə, bu gün milyonlarla istifadəçiyə çatan startapların cavabları isə maraqlı və qəribədir.

Airbnb rəqibi Craiglist-dən istifadə etdi

Craiglist dövrün ən məşhur bazar yeri idi və Airbnb-nin Craiglist istifadəçilərini hədəf götürməsi lazım idi. Airbnb çarəni Craiglist istifadəçilərinə e-poçtlar göndərməkdə tapdı. Belə ki, Airbnb Jill B. kimi yarı anonim adlara aid gmail hesablarından Craiglist istifadəçilərinə Airbnb-yi tərifləyən mesajlar göndərir. Bu mesajlarda istifadəçinin elanını verdiyi mülkün Airbnb adında dünyanın ən böyük onlayn kirayə saytlarından birində yayımlanmasının vacib olduğu deyilirdi.  

Airbnb bu e-məktublarla birlikdə ilk istifadəçilərinin evinin fotosunun saytda görünməsinə şərait yaratdı. Bu gün də foto məzmunları Airbnb-yi Airbnb edən əsas xüsusiyyətlərdən biridir. Artıq Airbnb-nin bunun üçün istifadəçiləri razı salmasına ehtiyac yoxdur.

Dropbox bir tanıtım videosuyla 70 min istifadəçi qazandı

2008-ci ildə reklam üzərindən hər bir yeni istifadəçi üçün 300 dollar xərcləməli olan Dropbox fərqli bir yol sınamaq məcburiyyətində idi. Belə ki, Dropbox-ın qurucusu Drew Houtson saytın necə çalışdığını əl istehsalı bir videoyla izah etməyə qərar verir. CEO doğru bir qərar vermiş olacaq ki, videonu yayımladığı gecə qeydiyyatda olan istifadəçi sayı 5 mindən 75 minə çıxdı.

Dropbox-ın bir digər yeni istifadəçi qazanma taktikası isə sosial şəbəkələrdə xidməti paylaşan istifadəçilərə əlavə 128 MB  paylaması oldu. Startap bunun sayəsində bir ayda təxminən 3 milyon dəvətnamə göndərdi.

Quora və Reddit-in ilk məzmunlarını qurucuları istehsal etdi

İstifadəçi məzmunu yaratmaq üçün yaxşı xidmət olmalı və bu xidmətə istifadəçiləri cəlb etmək lazımdır. Çünki istifadəçi yoxdursa məzmun, məzmun yoxdursa, yeni istifadəçi da yoxdur. Quora və Reddit bu problemi özləri yaratdığı məzmunlarla həll etdilər. Belə ki, Quora qurucuları xidmətin ilk aylarında bütün sualları və cavablarnı özləri yazarkən, Reddit saxta istifadəçi hesablarından link paylaşdı. Bu, saytın bir neçə güclü istifadəçi tərəfindən idarə edildiyi iddiasını pozdu. İki startap üçün də aylarla davam edən evdə məzmun yaradılması prosesi əvvəl texnologiya auditoriyalarına çatmalarını təmin etdi. Məzmunların kifayət qədər maraqlı olması istifadəçilərin təkrar -təkrar sayta daxil olmasına gətirib çıxardı.

Tinder mobil üçün sadə bir başlanğıc etdi

Tinder kəşf ediləcəyinə qədər tanışlıq saytlarında səhifələrlə anket doldurulur, testlər həll edilir, saxta olmadığı ümid edilən profillərlə qarşılaşdırılıb, tanış  edilirdi. Bir müddət sonra Tinder bu prosesi qısaldıb, rəsmiyyəti aradan qaldırdı.

Belə ki, qarşılıqlı bəyənmə təmin edilmədikcə istifadəçilərin bir-birinə mesaj göndərməsidəki maneləri, yoldaşlıq saytlarında ən çox şikayət edilən "mesaja boğulma" problemini aradan qaldırdı.

Məkan əsaslı bir tətbiq olan Tinder bunun sayəsində ilk mərhələdə kiçik bir toplumu idarə etdi. İlk başladığı 2012-ci ildə universitetləri hədəfləyən Tinder daxil olduğu hər şəhərdə xüsusi yığıncaqlar təşkil etdi və bu tədbirlərə giriş üçün mobil tətbiqini yükləməyi əsas şərt olaraq önə sürdü.

İlk yükləmənin ardından sürətlə yayılan Tinder-ın hekayəsi başlanğıcda işləri sadə etmənin əhəmiyyətini ortaya qoyur.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Growth Hacking nədir ?

26-07-2019

İnstagram-dan Tinder-ə dəstək

18-04-2015

Airbnb-də kriptovalyuta ilə ödəniş imkanı

04-04-2019

Texnoloji startaplar hansı proqramlardan istifadə edir?

21-01-2016

İş elanlarında ən çox axtarılan startaplar

07-11-2017

Texnologiya dünyasının milyarder gəncləri-Siyahı

01-11-2017

İnternetdə “Jurnalist üçün Airbnb” yaradılıb

08-07-2015

2016-cı ilin ən yaxşı investorlarının adı açıqlandı

26-03-2016

Əzizlərinizə sevgi daşıyan onlayn platforma-Buket.al

06-02-2017

Məşhur investorlar: onları siz də tanıyın

03-11-2015

Dropbox-dakı fayllara rəy bildirmək artıq mümkündür

01-05-2015

Kasperdky: Cinayətkarlar tanışlıq xidmətlərinin adlarından istifadə edir

27-02-2020

Dünyanın ən dəyərli startapları

26-11-2015

WordPress platforması yeniləndi

10-12-2015

Google Chrome kanalını Android-ə təqdim etdi

03-05-2015

Twitter-i geridə qoyan 13 xüsusi startap

10-02-2016

Azercell "TikTok" istifadəçiləri üçün xüsusi internet paketi təqdim edib

25-02-2021

İlk dövrdə 1 milyard dollardan yüksək investisiya alan layihələr

05-11-2015

Facebook-dan istifadəçiləri sevindirəcək yenilik

09-02-2018

İnternetdən pul qazanmaq üsulları

14-01-2019

LinkedIn ən yaxşı 50 işverən şirkəti açıqladı

08-04-2019

2017-ci ildə batan startaplar-Siyahı

08-12-2017

Türkiyədə Dropbox-a giriş əngəllənib

10-10-2016

Silikon Vadisinin ən yaxşı investisiya şirkətləri-Siyahı

21-07-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə