“Metro kartlarının verilməsində problem yoxdur”

15-08-2015 / 21:04

Bakı Metropolitenində yeni nağdsız ödəniş kartlarının verilməsində problemlər müşahidə olunmur.

Bakı Metropoliteni QSC-dən Xəbərlər-ə məlumat verilib ki, mövcud metro kartlarının girov dəyərinin geri alınması məqsədilə geri qaytarılması avqustun 15-i gecə saat 00:00-dan etibarən dayandırılacaq.

Avqustun 31-nə kimi metro kartlarının girov dəyərinin yeni karta yüklənməsi, eləcə də yeni gediş haqqı yüklənməsi əməliyyatları davam edəcək.

Sentyabrın 1-dən sentyabr 30-a qədər mövcud metro kartlarından sadəcə balansında olan gediş haqqından istifadə etmək mümkün olacaq.

Qeyd edək ki, yeni kartların satışı avqustun 8-də başlayıb.

Yeni kartların üstünlüyü ondan ibarətdir ki, onlardan yeraltı nəqliyyatda olduğu kimi, sərnişin avtobuslarında da gediş haqqı üçün istifadə etmək olacaq.

Artıq stansiyalarda Bakı Kart-ın hesabına vəsait yatırmaq üçün terminallar quraşdırılıb.

Yeni kartların qiyməti 2 manat təşkil edir. Hazırda istifadə olunan köhnə kartlar bir şərtlə geri qaytarıla bilər ki, onların qiyməti (2 manat) yeni gediş kartının balansına daxil edilsin.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə