Bakı Metropolitenində ilk dəfə gediş haqqının bank kartları vasitəsilə təmassız ödənilməsi sistemi işə salınıb. Layihə hazırda pilot mərhələdə “TələbəPlus” kartları üzərindən sınaqdan keçirilir.
Xeberler.az məlumat verir ki, ilkin nəticələrə əsasən, sistemin tətbiq olunduğu ilk gündə 21 min uğurlu keçid qeydə alınıb.
Sərnişinlərə xəbərdarlıq olunur ki, balansı olmayan kartlardan istifadə edildikdə kart bloklana bilər. Bu səbəbdən keçiddən əvvəl balansın yoxlanılması tövsiyə edilir.
Sınaq mərhələsində texniki problem yarandığı halda, sərnişinlərə digər ödəniş üsullarından, o cümlədən “BakıKart”dan istifadə etmək məsləhət görülür.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları