Previous Next
Bağla

Microsoft Office-ə alternativ pulsuz ofis proqramları

17-11-2015 13:43
Microsoft Office-ə alternativ pulsuz ofis proqramları

Ofis proqramları deyəndə hər kəsin ağlına ilk gələn Microsoft Office proqramları olur. Lakin Microsoft Office proqramlarından faydalanmaq üçün müəyyən məbləğ ödəmək və ya pirat proqramlardan istifadə etmək lazımdır.

Xeberler.az özünü həm əlavə xərclərdən, həm də zərərverici proqramlardan qorumaq istəyənlər üçün Microsoft Office-ə  alternativ pulsuz ofis  proqramlarını təqdim edir.

 

OpenOffice

OpenOffice 15 ildən çoxdur ki, bazarda mövcud olan və açıq mənbə proqramları arasında böyük rəğbətlə qarşılanan proqramlardan biridir. Bu paketdə mətn fayları, cədvəllər, qrafiklər, təqdimatlar, verilənlər bazası və bir sıra digər ümumişlək fayl tipləri yaratmaq üçün alətlər mövcuddur.

Proqram məlumatları standart açıq formatda saxlayır, bu da həmin faylları digər proqramlarda istifadə etməyə imkan verir. Həmçinin Microsoft Office faylları ilə işləməyə də imkan verir. Apache şirkəti daima proqrama yeni özəlliklər, alətlər əlavə edərək fəaliyyət imkanlarını genişləndirir, istifadəçi interfeysini sadələşdirir.

Proqramı yükləmək üçün keçiddən istifadə edin.

 

LibreOffice

Proqram 2010-cu ilə qədər Apache OpenOffice proqramının daxili komponenti kimi fəaliyyət göstərsə də, daha sonra müstəqil fəaliyyət göstərməyə başladı. Əsas strukturuna görə eyni olsa da, OpenOffice-ə nisbətən daha geniş imkanlar təqdim edir, həmçinin interfeysi daha rahat və əlverişlidir. Bu proqramda da mətn, cədvəl, təqdimat və s. kimi faylları yaratmaq, redaktə etmək mümkündür. Burada da Microsoft Office fayllarını rahatlıqla istifadə və redaktə etmək imkanları var. Həmçinin burada PDF formatlı fayllara elektron imza əlavə etmək də mümkündür. Proqram daim təkmilləşdirilməyə davam edir.  Hər dəfə  yeni versiyada  daha az xətalar və yeni funksiyalarla qarşımıza çıxır.

Proqramı yükləmək üçün keçiddən istfadə edin.

Google Docs

Əgər sizin internetə daimi çıxışınız vasa,  Google Docs sizin üçün əlverişli seçim ola bilər. Google Docs ofis  proqramlarının veb-əsaslı fəaliyyət göstərməsinə baxmayaraq olduqca geniş funksiyalara sahibdir. Burada həm mətn, həm cədvəl, həm də təqdimat faylarını asanlıqla yarada və redaktə edə, eyni zamanda Microsoft Office fayllarını, PDF faylları da aça və redaktə edə bilərsiniz. Google Docs kompüterin yaddaşında yer tutmadığı kimi burada yaradılan faylları da kompüterin yaddaşına yükləməyə ehtiyac yoxdur. Belə ki, fayllar hər bir Google hesabı üçün ayrılan 15 qiqabaytlıq bulud yaddaşında avtomatik saxlanılır. Həmçinin Google Docs-u digər Google məhsulları ilə inteqrasiya etmək, faylları birbaşa keçidlərlə paylaşmaq mümkündür, hətta bir faylda eyni anda bir neçə nəfərin işləməsi də mümkündür.

Proqrama daxil olmaq üçün keçiddən istifadə edin.

Murad Məmmədzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Google Docs-da DOCX fayllarını oxumaq mümkün olacaq

Google Docs-da DOCX fayllarını oxumaq mümkün olacaq

07-11-2008
Microsoftla Facebook-un yeni iş birliyi

Microsoftla Facebook-un yeni iş birliyi

24-04-2010
“Google” onlayn rejimdə sənədlərin redaktə olunması üzrə mobil versiyasını təqdim edib

“Google” onlayn rejimdə sənədlərin redaktə olunması üzrə mobil versiyasını təqdim edib

19-11-2010
Çindən Microsofta rəqib

Çindən Microsofta rəqib

12-08-2009
“Microsoft Office 2010” ofis paketi Azərbaycan dilinə lokallaşdırılıb

“Microsoft Office 2010” ofis paketi Azərbaycan dilinə lokallaşdırılıb

10-04-2011
Google docs`a  yeni bir xüsusiyyət əlavə olundu

Google docs`a yeni bir xüsusiyyət əlavə olundu

02-04-2009
“Google”dən daha bir yenilik

“Google”dən daha bir yenilik

23-09-2010
Google-dan səsli redaktə funksiyası

Google-dan səsli redaktə funksiyası

26-02-2016
Data Mərkəzi Microsoft Office 365 lisenziyasının satışına  başlayır

Data Mərkəzi Microsoft Office 365 lisenziyasının satışına başlayır

17-09-2018
“Mac” üçün yeni “Microsoft Office” buraxılacaq

“Mac” üçün yeni “Microsoft Office” buraxılacaq

01-10-2010
Windows Vista və Office 2007-nin Azərbaycan dilində versiyaları hazırlanıb

Windows Vista və Office 2007-nin Azərbaycan dilində versiyaları hazırlanıb

12-11-2008
Microsoft şirkəti Windows Live və Office Live`i birləşdirmək fikrindədir.

Microsoft şirkəti Windows Live və Office Live`i birləşdirmək fikrindədir.

28-01-2009
Microsoft Azərbaycan biznes-məhsullarının qiymətini endirdi

Microsoft Azərbaycan biznes-məhsullarının qiymətini endirdi

02-12-2015
“Microsoft Office 2016 ”dan necə istifadə etmək olar?

“Microsoft Office 2016 ”dan necə istifadə etmək olar?

23-09-2015
Office 2016-nın təqdimat tarixi açıqlandı

Office 2016-nın təqdimat tarixi açıqlandı

26-08-2015
Microsoft Office və Vista-da yenilənmələr olacaq

Microsoft Office və Vista-da yenilənmələr olacaq

24-10-2008
Microsoft Office  2016-cı ilin   ilkin versiyasını  təqdim edib

Microsoft Office 2016-cı ilin ilkin versiyasını təqdim edib

06-03-2015
Microsoft bir sıra server və müştəri məhsullarını təqdim etdi

Microsoft bir sıra server və müştəri məhsullarını təqdim etdi

20-11-2009
Sənədləri skan edən proqram istifadəyə verilib

Sənədləri skan edən proqram istifadəyə verilib

06-06-2017
“Microsoft Office 2016” Azərbaycanda istifadəyə verilib

“Microsoft Office 2016” Azərbaycanda istifadəyə verilib

24-09-2015
"Microsoft Office 2003" üçün Azərbaycan dilinin orfoqrafiya yoxlayıcısı

"Microsoft Office 2003" üçün Azərbaycan dilinin orfoqrafiya yoxlayıcısı

14-01-2011
Office 2019 paketi təqdim edilib

Office 2019 paketi təqdim edilib

26-09-2018
Gmail – offline-da

Gmail – offline-da

28-01-2009
Bir ildən sonra Word və Excel pulsuz olacaq

Bir ildən sonra Word və Excel pulsuz olacaq

02-11-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə