Milyarder İlon Maska məxsus “X” sosial şəbəkəsi (əvvəllər “Twitter” kimi tanınırdı) şirkəti 44 milyard dollar dəyərində maliyyələşdirmə dövriyyəsini artırmağı planlaşdırır.
Xeberler.az “Bloomberg”ə istinadən məlumat verir ki, bununla bağlı məlumat ötürən mənbələrin qeyd etdiyinə görə, bu, Maskın 2022-ci ildə sosial şəbəkəni satın aldığı məbləğdir.
Mənbələr bildiriblər ki, investisiya raundu ilə bağlı danışıqlar hələ də davam edir və sövdələşmənin şərtləri dəyişə bilər. Şirkət, həmçinin yeni maliyyələşdirmə cəlb etməkdən tamamilə imtina edə bilər.
“X” şirkətinin nümayəndələri məlumatı şərh etməyiblər.
“Bloomberg” qeyd edir ki, keçən ilin sonlarında 2022-ci ildə “Twitter”in satın alınmasında da iştirak edən “Fidelity Investments” investisiya şirkəti bu sosial şəbəkəyə qoyduğu investisiyanın dəyərini ilkin alış qiyməti olan 44 milyard dolların təxminən 70 faizi qədər müəyyənləşdirib.
Mask dünyanın ən varlı adamları siyahısına başçılıq edir. Milyarderin sərvəti ABŞ Prezidenti Donald Trampla yaxın əlaqələri sayəsində - sonuncunun seçkilərdə qələbə çalmasından sonra daha da artıb. Belə ki, onun “Tesla” şirkətinin səhmləri 40 faizdən çox dəyər qazanıb, “SpaceX” kosmik startapı isə 350 milyard dollar məbləğində qiymətləndirilib.
Mənbələrin bildirdiyinə görə, Mask, həmçinin sərmayə raundunu planlaşdıran və 75 milyard dollar dəyərində qiymətləndirilən süni intellekt startapı “xAI”-nin sahibidir. Onun “X” şirkəti burada təxminən 6 milyard dollarlıq paya sahibdir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri