“Microsoft”un Qazaxıstanda açılacaq yeni multiregional habı Azərbaycanı da əhatə edəcək

10-04-2023 / 14:39

“Microsoft” şirkəti Qazaxıstanda Mərkəzi Asiya ölkələri, Azərbaycan, Ermənistan, Gürcüstan, Monqolustan və Pakistanı əhatə edəcək multiregional hab açmağı planlaşdırır.

 “Sputnik-Kazakhstan” yazır ki, bu barədə Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bu məsələ rəqəmsal inkişaf naziri Baqdat Musin və “Microsoft” şirkətinin Qazaxıstan üzrə baş direktoru Sergey Leşşenko arasında ikitərəfli görüş zamanı müzakirə olunub.

"Microsoft”un fəaliyyətinin lokallaşdırılması Qazaxıstana regional miqyasda texnologiyalar və qabaqcıl həllər üçün cazibə mərkəzinə çevrilməyə imkan verəcək”, - Musin qeyd edib. (report)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə