Məlum olduğu kimi, hər il Azərbaycan internetinin ən yaxşı saytları və internet layihələri arasında Milli İnternet Mükafatı - MilliNet müsabiqəsi keçirilir.
MilliNet Təşkilat Komitəsindən Xeberler.az-a bildirilib ki, MilliNet 2017 üçün artıq hazırlıqlar başa çatmaq üzrədir.
Qeyd edilib ki, bu il müsabiqənin qaydalarında müəyyən dəyişikliklər edilib. Belə ki, əsas yenilik nominasiyaların strukturu ilə bağlıdır.
Məlumata görə, bu il mobil tətbiqlərin və sosial media resurslarının ayrıca nominasiyaları nəzərdə tutulur.
O da bildirilib ki, müsabiqənin münsiflər heyətinə yeni namizədlər də nəzərdən keçirilir.
Müsabiqənin gələn həftə elan edilməsi nəzərdə tutulur.
Bu il MilliNet-ə dəstək və sponsorlar məsələsində də dəyişiklik nəzərdə tutulub. Qeyd edilib ki, hazırda məsələ dəqiqləşdirilir. Artıq bir neçə İT şirkət, qurumun dəstək və sponsorluğunun təsdiq edildiyi bildirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyar Nazirliyi də müsabiqəyə dəstək verir.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri