MilliNet 2016 Nominantları hansı saytlardır?

10-12-2016 / 13:31

Milli İnternet Mükafatı - Milli Net 2016 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa çatıb. 

Məlumat verdiyimiz kimi, bu il müsabiqəyə 11 Nominasiya üzrə 303 sayt təqdim edilib. Onlardan yalnız qaydalara uyğun olan 238 sayt müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib.

Xeberler.az olaraq hər bir nominasiya üzrə Nominant statusu qazanan saytlar haqqında oxuculara məlumat veririk.

İlk olaraq MilliNet-in “Korporativ saytlar” Nominasiyası üzrə nominant statusu alan saytların adlarını təqdim edirik.

Bunlar “Alpha.az”,”Gilanseramik.az” , “n1chorekzavodu.az”, “Coworking.az”, “Atl.az”, ”Webcoder.az”, “Furor-restaurant.com” saytlarıdır.

İndi isə bu saytlar haqqında qısa məlumatları oxucuların nəzərinə çatdırırıq.

Alpha.az- ALPHA Coaching & Consulting şirkəti kouçinq, konsaltinq və peşəkar biznes təlimləri üzrə xidmətlər təqdim edir. Şirkət eyni zamanda kouçinq tədrisinin dünyadakı əsas məktəblərindən sayılan Adler International Learning İnstitunun Azərbaycan və keçmiş sovet ölkələrindəki rəsmi nümayəndəsidir və ICF təsdiqli kouçinq təlimləri vermə səlahiyyətinə sahibdir. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Gilanseramik.az- Gilan Sermik MMC  zavodu seramik plitələr  istehsal edir.  26 hektar ərazidə inşa edilmiş ümumi sahəsi 19,7 min kvadrat kilometer olan istehsal korpusu və yardımçı sahələrdən ibarət olan zavod İtaliya Sacmi şirkətinin müasir innovasiv avadanlıqları ilə təchiz edilib. Sayt 3 dildə ( Azərbaycan, ingilis, rus) fəaliyyət göstərir.

n1chorekzavodu.az-  №1 çörək zavodu və məhsulları haqqında geniş məlumata malikdir. Saytda bloq fəaliyyət göstərir və zavodun virtual turu yerləşdirilib. Azərbaycan, rus, ingilis olmaqla 3 dildə fəaliyyət göstərir.

Coworking.az -Fabrika Kovorkinq Mərkəzi Bakı şəhərində biznes insanları və fərdi sahibkarlar üçün 200 min kvadrat kilometr sahəsi, toplantı otaqları, tədbirlər üçün zalları ilə, yerləşən məkandır. Sayt Azərbacan və ingilis dilində fəaliyyət göstərir.

Atl.az- ATL Consulting şirkəti müştərilərə maraqlarına fərdi şəkildə yanaşaraq onlara hədəflərinə çatmaqda köməklik etməyə səy göstərir. ATL Group adı altında dörd fərqli istiqamət (ATL Info Tech , ATL Consulting, ATL Electronics ) üzrə xidmət göstərən şirkətlər fəaliyyət göstərir. Sayt 3 dildə ( Azərbaycan, ingilis, rus) xidmət göstərir.

Webcoder.az – Şirkət veb-saytların yaradılması, təşviqi və texniki dəstəyi, həmçinin, optimizasiyası ilə məşğul olan reklam agentliyidir. Bundan əlavə, İntranet, ERP və CRM kimi avtomatlaşdırılmış sistemlərin, billinq sistemlərinin yaradılması ilə də xidmət göstərir. Şirkət sosial media marketinq və proqlaşdırma ilə əlaqədar bütün işləri görür, onlayn satış və rəqəmsal təhlükəsizlik sistemləri yaradır. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Furor-restaurant.com -Gəncədə fəaliyyət göstərən Furor Restaurant & Pub  şəhərə rahatlıq gətirən fərqliliklər təqdim edir. Furor Restaurant & Pub bir-birindən ayrı 3 fərqli konsepti özündə cəmləşdirməkdədir. Bununla belə, mövzuya əsasən istənilən tədbirləri hazırlaya bilər.

Qeyd edək ki istifadəçilər və maraqlananlar bu saytlar haqında fikirlərini və rəylərini millinet.az  saytında şərhlər bölməsində yaza bilərlər.

Digər nominasiyalarda olan Nominantlar haqqında növbəti yazılarımızda məlumat verəcəyik.

Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir. Delta Telecom, BestComp və Lenovo şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə