Milli İnternet Mükafatı - Milli Net 2016 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa çatıb.
Məlumat verdiyimiz kimi, bu il müsabiqəyə 11 Nominasiya üzrə 303 sayt təqdim edilib. Onlardan yalnız qaydalara uyğun olan 238 sayt müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib.
Xeberler.az olaraq hər bir nominasiya üzrə Nominant statusu qazanan saytlar haqqında oxuculara məlumat veririk.
Ötən yazımızda MilliNet-in " Elmvə təhsil”, “Elektron hökumət” Nominasiyaları üzrə seçilən saytları haqda məlumat vermişdik.
Bu dəfə isə MilliNet-in "Xidmət (Servis) -eTicarət”, “Ən yaxşı soisal şəbəkə” Nominasiyaları üzrə seçilən saytları və haqqında qısa məlumatları oxucuların nəzərinə çatdırırıq.
İlk olaraq "Xidmət (Servis) -eTicarət”, Nominasiyası üzrə nominant statusu alan saytları təqdim edirik:
Maxi.az-Maxi şirkəti İntegral Plus mağazalar şəbəkəsinin əsasında qurulub. Bu şirkət hazırda Azərbaycanın ən böyük elektronika və məişət texnikasının distribyutorlarından biridir. Sayt 2 dildə ( Azərbaycan, rus) fəaliyyət göstərir.
Aromania.az-Premium ətirlərin satışı üzrə internet mağazadır. Təqdim edilən brend ətirlər yüksək keyfiyyətli və orijınal olaraq birbaşa Fransa, İtaliya və digər Avropa ölkələrindən gətirilir. Sayt 2 dildə (Azərbaycan, rus) fəaliyyət göstərir.
Asanpay.az-Sistemin əsas funskiyası inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların elektron qaydada göndərilməsinin və inzibati cərimələrin, dövlət rüsumlarının, məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin elektron qaydada ödənilməsi təmin etməkdir. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.
Arshinmalalan.az- Saytın məqsədi keyfiyyətlı məhsul və xidmət təqdim etməkdir. Sayt 2 dildə ( Azərbaycan, rus) fəaliyyət göstərir.
İnsure.az- Saytdan onlayn sığorta əldə etmək mümkündür. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.
Birlink.az-Saytda fiber optik kabelinin birbaşa istifadəçinin mənzilinin və ya şəxsi evinin içərisinə çəkilməsini nəzərdə tutan FTTH və ya “Fiber To The Home” qoşulma üsulu ilə bağlı xidmətlər təklif edilir. Sayt 2 dildə ( Azərbaycan, rus) fəaliyyət göstərir.
Asd.az- Sayt ölkədaxili və xarici avtomobillərin ehtiyyat hissələrinin satışını həyata keçirir. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.
Arenda.az- Daşınmaz əmlakın alqı-satqısı və kirayə portalıdır. Arenda.az-da rahat və ödənişsiz elan yerləşdirmə imkanı geniş məlumat bazasının mövcudluğuna tam olaraq şərait yaradılıb. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.
“Ən yaxşı sosial soisal şəbəkə” Nominasiyaları üzrə seçilən saytlar:
Edu.az-Qafqaz regionunun ən böyük təhsil - Facebook səhifəsi (142.000) olan "Azərbaycan Universitetləri" səhifəsi Azərbaycanın bütün tələbələrini virtual olaraq bir yerə yığılması üçün yaradılıb. Səhifə yaranandan bu günə qədər tələbələrin problemlərini işıqlandırmağa, onların həllinə, tələbələrin uğurlarını yayımlamağa, o cümlədən, müəllim heyətinin və professorların nailiyyətlərini, problemlərini, gələcək inkişaf konsepsiyalarını işıqlandırmağa yönəlib.
Avtosptop.az-Layihə sürücülərin və digər yol hərəkət iştirakılarının maarifləndirilməsinə xidmət edən layihədir. Layihə radio veriliş, internet sayt, elektron jurnal, youtube kanal və sosial şəbəkədəki rəsmi səhifəsi ilə bu missiyasını uğurla yerinə yetirir.
ALPHA.az-ALPHA Coaching & Consulting şirkətinin rəsmi Facebook səhifəsidir.
Sirlerensiklopediyasi.az- Səhifədə maraqlı məlumatlar, hadisələr, qeyri-adi faktlar, foto və videolar paylaşılır. Səhifənin YouTube kanalı da mövcuddur.
Xaricdetehsilxeberleri-Xaricdə təhsil almaq istəyən şəxslərə birbaşa sosial şəbəkələr vasitəsi ilə bildirişlərin çatdırılması üçün hazırlanmış səhifədir.
EurasiAAz-Avrasiya gündəliyi" Eurasia Diary Analitik İnformasiya Portalının Azərbaycan dili bölməsinin rəsmi Facebook səhifəsidir.
Az.nat.lib-Milli Kitabxana respublikada kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirir.
AzTarix- Səhifənin məqsədi xalqın maariflənməsi istiqamətində tarixi məlumatları istifadəçilərin nəzərinə çatdırmaqdır. Bunun üçün tez-tez səhifədə tarixi şəxsiyyətlərin şəkilləri, önəmli tarixi hadisələr haqqında məlumatlar paylaşılır. Səhifənin 68 mindən çox izləyicisi var.
Qeyd edək ki, istifadəçilər və maraqlananlar bu saytlar haqında fikirlərini və rəylərini millinet.az saytında şərhlər bölməsində yaza bilərlər.
Digər Nominant haqqında növbəti yazılarımızda məlumat verəcəyik.
Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir. Delta Telecom, BestComp və Lenovo şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri