Previous Next
Bağla

MilliNet 2016-da Nominant statusu alan mobil tətbiqlər

18-12-2016 13:16
MilliNet 2016-da Nominant statusu alan mobil tətbiqlər

Milli İnternet Mükafatı - Milli Net 2016 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa çatıb. 

Məlumat verdiyimiz kimi, bu il müsabiqəyə 11 Nominasiya üzrə 303 sayt təqdim edilib. Onlardan yalnız qaydalara uyğun olan 238 sayt müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib.

Xeberler.az olaraq hər bir nominasiya üzrə Nominant statusu qazanan saytlar haqqında oxuculara məlumat veririk.

Ötən yazımızda  MilliNet-in "Xidmət (Servis) -eTicarət”, “Ən yaxşı soisal şəbəkə” Nominasiyaları üzrə seçilən saytları haqda məlumat vermişdik.

Bu dəfə isə MilliNet-in "Mobil Tətbiqlər” Nominasiyası üzrə seçilən tətbiqləri və haqqında qısa məlumatları oxucuların nəzərinə çatdırırıq.

Bunlar “Kvotter.com”, “Metbex.CookBook”, “Goal.az”, “Shrippy.com”, “Hara Gedek-Baku”, “Baku-Cars”, “Bakucityguide” saytlardır.

İndi isə bu mobil tətbiqlər haqda qısa məlumatları təqdim edirik:

Kvotter.com- Tətbiq kitab, qəzet, jurnal, veb sayt və s.-dən bəyəndiyiniz sitatları kopyalamaq və paylaşmaq üçün mobil sosial şəbəkə platformasıdır. Kvotter tətbiqi vasitəsilə siz həm sitatları CLOUD-da saxlaya, həm dostlarınız ilə paylaşa, həm yeni kitab və yazıçılar axtarmaqla biliklərinizi genişləndirə bilərsiniz.

Metbex.CookBook- Reseptlərdən ibarət olan Metbex proqramı istifadəçilərə rahat və asan şəkildə resept tapmağı, və ən əsası reseptin neçə nəfərlik üçün olduğunu hesablamağa kömək edir.

Goal.az- Gola.az İnformasiya Portalının mobil əlavəsidir. Portal oxuculara gün ərzində ölkədə və dünyada baş verən aktual və maraqlı idman hadisələri haqqında xəbərləri operativ olaraq Azərbaycan dilində təqdim edir.

Shrippy.com- Shrippy tətbiqi şəkil üzərinə marka və qiymət təq etməyə imkan yaradan bir mobil tətbiqdir.

Hara Gedek-Baku - Bu proqram vasitəsi ilə Bakı şəhərində olan əyləncə, iaşə obyektləri, ticarət mərkəzləri, restoran və kafelər barədə məlumat ala, şəkillərini nəzərdən keçirə və əlaqə nömrələrinə bir başa zəng edə bilərsiniz. Tətbiq həm iOS, həm də Android istidadəçiləri üçün istifadəyə verilib.

Baku-Cars -Avtomobil alışı və satışı proqramıdır. Belə ki avtomobilinizin şəklini telefonun kamerası ilə çəkib platformaya yükləyirsiniz. Daha sonra avtomobilinizin göstəricələri və qiyməti haqda məlumatları əlavə etdikdən sonra elanınız proqramında yayımlanacaq.

Bakucityguide -Azərbaycanı ziyarət edən xarici turistlərlər üçün hazırlanmış bir proqramdır. Proqram Bakı şəhərində olan bütün məkanları özündə cəmləyir və turistə bütün məkanlar haqqında ətraflı informasiya verir.

Məlumat verdiyimiz kimi, hazırda MilliNet-in Nominantı olan saytlar 2-ci qiymətləndirmə mərhələsində mübarizəni davam etdirir. Səsvermənin 2-ci mərhələsi bu gün 00:00-da başa çatacaq. 2-ci səsvermənin nəticəsindən asılı olaraq hər Nominasiya üzrə qaliblər seçiləcək.

Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasiminin dekabrın 22-də , saat 18.00-da Bakı Biznes Mərkəzində keçirilməsi nəzərdə tutulub.

Təşkilat Komitəsindən bildirildiyinə görə, Nominant statusu əldə edən hər bir layihə MillNet Yekun Təqdimat mərasiminə dəvətlidir.

Müsabiqədə 11 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net-in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.

2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar və  həmçinin BestComp şirkəti və Lenovo şirkətlərinin hədiyyələri təqdim olunacaq.

Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir. Delta Telecom, BestComp və Lenovo şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

MilliNet-in yekun təqdimat mərasiminə hazırlıqlar davam edir

16-12-2016

Sabah MilliNet 2016-nın qalibləri müəyyənləşəcək

21-12-2016

Milli İnternet Mükafatının Nominantları seçilib

08-12-2016

Milli İnternet Mükafatının Nominantları seçilib

02-12-2015

Milli İnternet Mükafatının Nominantları seçilib

03-12-2017

MilliNet 2018-in Nominantları seçilib

05-12-2018

“Milli Net 2013” Nominantları seçilib

04-12-2013

Milli Net 2015-də yekun səsvermə başa çatdı

14-12-2015

Milli İnternet Mükafatının nominantları seçilib

10-12-2014

MilliNet 2016 Nominantları hansı saytlardır?

16-12-2016

MilliNet2018-də yekun səsvermə başa çatıb

17-12-2018

Milli İnternet Mükafatının Nominantları seçilib

01-12-2012

MilliNet-də Nominant statusu alan bloqlar

13-12-2016

Bu gün MilliNet 2016-nın qalibləri açıqlanacaq

22-12-2016

MilliNet-də Nominant statusu alan növbəti saytlar

15-12-2016

Milli Net 2011 müsabiqəsinin nominantları seçilib

04-12-2011

Milli Net 2015 müsabiqəsinə qeydiyyat başladı

02-10-2015

MilliNet-də Nominant olan növbəti mobil tətbiqlər

14-12-2017

Milli İnternet Mükafatının qalibləri elan olunacaq

18-12-2017

Milli Net 2018 başlayır

29-09-2018

Milli İnternet Mükafatı – Milli Net 2015 başlayır

30-09-2015

Bu gün Milli İnternet Mükafatı-nın qalibləri açıqlanacaq

17-12-2015

Sabah Milli Net 2015-in qalibləri açıqlanacaq

16-12-2015

Milli Net müsabiqəsinin təqdimat mərasimi canlı yayımlanır

17-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə