Previous Next
Bağla

Mobil operatorlar fərdi məlumatları razılıq olmadan yaymamalıdır

08-07-2019 09:37
Mobil operatorlar fərdi məlumatları razılıq olmadan yaymamalıdır

”İnformasiya əldə etmək haqqında” qanunun icrasına nəzarət Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) həvalə olunub. Bununla əlaqədar olaraq Müvəkkil informasiya sahibi olan dövlət orqanları, yerli özünüidarə orqanları və vəzifəli şəxslər tərəfindən bu qanunun tələblərinin pozulması halları ilə bağlı ünvanına daxil olmuş şikayətləri səlahiyyətləri çərçivəsində operativ şəkildə araşdırır, pozuntu hallarının aradan qaldırılması, vətəndaşların informasiya sorğularının cavablandırılması istiqamətində zəruri tədbirlərin görülməsinə nail olur”.

Xeberler.az bildiri ki, bu barədə Ombudsman yanında “Biznes və insan hüquqları” üzrə İşçi Qrupunun “İnformasiya əldə etmək hüququnun təmini biznes və insan hüquqları kontekstində” mövzusunda keçirilən 18-ci toplantısında İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova bildirib.

Ombudsman informasiya əldə etmək sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı davamlı olaraq təklif və tövsiyələrini aidiyyəti qurumlara təqdim etdiyini, Nazirlər Kabinetinin ödənişli informasiyanın verilməsi şərtlərini, qaydalarını, siyahısını və bu sahədə güzəştləri müəyyən edən 158 saylı Qərarının qəbul edilməsi zamanı Müvəkkilin təqdim etdiyi təkliflər paketinin də nəzərə alındığını qeyd edib. Onun sözlərinə görə, bu təkliflər sırasında xüsusilə əhəmiyyət kəsb edən ölkədə kiçik və orta sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsi baxımından sahibkarların gəlirlərindən dövlətin prioritet məqsədləri, habelə xeyriyyəçilik fəaliyyətinə sərf olunmuş vəsaiti çıxmaqla sadələşdirilmiş vergi hesablanmasının tətbiq olunmasıdır.

Müvəkkil qadın sahibkarların sayının artdığını, İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafı nəticəsində e-hökumət, e-ticarət, distant təhsil və sairin təşəkkül tapmasının xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımların olduğunu qeyd edib.

Müvəkkil qeyd edib ki, müvafiq sahədə ciddi islahatların olmasına baxmayaraq, mobil operatorların fərdi məlumatları həmin məlumat sahiblərinin xəbəri və razılığı olmadan yayması, nəticə etibarı ilə onlara narahatlıq yaranması və maddi ziyan vurulması; zəng mərkəzləri istisna olmaqla, vətəndaşların şirkətlərin aidiyyati bölmə və şöbələri ilə birbaşa və ya dolayısı yolla telefon əlaqəsi yaratmasının çətinliyi, müraciətlərin şirkətlər tərəfindən şikayətçinin iştirakı olmadan araşdırılması; şikayətçinin mövqeyinin bir çox hallarda nəzərə alınmaması; və ya əksinə şirkət və dövlət qurumlarının əsassız olaraq informasiya sorğularına məlumatların məxfiliyi, yəni kommersiya sirri, dövlət sirri və ya xidməti məlumat olması bəhanəsi ilə cavab verməməsi; informasiya əldə etmək hüququnun təmininə dair məhkəmə qərarlarının icra edilməməsi; vətəndaşların özləri haqqında məlumatları əldə edə bilməməsi; qurumların elektronlaşmış xidmət sistemləri arasında əlaqənin olmaması; cərimə barəsində məlumatların vətəndaşların çıxışı olan məlumat bazasında vaxtında yerləşdirilməməsi və s. bu kimi məsələlər öz həllini tapmalıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“İnformasiya əldə etmək hüququnun müdafiəsi” təlimi keçirilib

“İnformasiya əldə etmək hüququnun müdafiəsi” təlimi keçirilib

11-12-2025
“Elektron hökumət” portalında daha bir yenilik

“Elektron hökumət” portalında daha bir yenilik

01-09-2016
“Süni intellekt və insan hüquqları: ” adlı maarifləndirici nəşr hazırlanıb

“Süni intellekt və insan hüquqları: ” adlı maarifləndirici nəşr hazırlanıb

04-05-2026
Cenevrədə Azərbaycanın rəqəmsal hüquqlar təcrübəsi təqdim olunub

Cenevrədə Azərbaycanın rəqəmsal hüquqlar təcrübəsi təqdim olunub

02-04-2026
Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyinə nəzarət edilməlidir

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyinə nəzarət edilməlidir

06-02-2026
Xorvatiya ilə rəqəmsal təhlükəsizlik üzrə təcrübə mübadiləsi aparılıb

Xorvatiya ilə rəqəmsal təhlükəsizlik üzrə təcrübə mübadiləsi aparılıb

29-07-2025
Elektron Hökumət İnformasiya Sistemi daxil edilən və ötürülən məlumatlar açıqlanıb

Elektron Hökumət İnformasiya Sistemi daxil edilən və ötürülən məlumatlar açıqlanıb

12-08-2025
Media ombudsmanı Elmira Süleymanova olacaq

Media ombudsmanı Elmira Süleymanova olacaq

08-12-2010
Ombudsmanlar rəqəmsal mühitdə hüquqların qorunmasını müzakirə ediblər

Ombudsmanlar rəqəmsal mühitdə hüquqların qorunmasını müzakirə ediblər

18-06-2026
ETX: Vətəndaşların fərdi məlumatlarının yayılmasının qarşısı alınıb

ETX: Vətəndaşların fərdi məlumatlarının yayılmasının qarşısı alınıb

28-01-2026
Süni intellekt dövründə insan hüquqlarının gələcəyi müzakirə olunacaq

Süni intellekt dövründə insan hüquqlarının gələcəyi müzakirə olunacaq

09-06-2026
Milli Məclisdə sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Milli Məclisdə sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

08-06-2026
Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS ilə baxılacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS ilə baxılacaq

28-04-2026
Daha bir qurum “Elektron Hökumət” portalına qoşulur

Daha bir qurum “Elektron Hökumət” portalına qoşulur

21-10-2015
Saytlara şəxsi heyət və texnikanın hərəkəti haqqında məlumatları yaymaq qadağan edilir

Saytlara şəxsi heyət və texnikanın hərəkəti haqqında məlumatları yaymaq qadağan edilir

12-12-2023
Sosial şəbəkələrdə qeydiyyat üçün yaş tələbləri sərtləşdirilir

Sosial şəbəkələrdə qeydiyyat üçün yaş tələbləri sərtləşdirilir

08-06-2026
“İnternetdə fikir və söz azadlığı ” müzakirə olunacaq

“İnternetdə fikir və söz azadlığı ” müzakirə olunacaq

26-05-2015
Plenar sessiyada süni intellekt və insan hüquqları üzrə qlobal çağırışlar səsləndirilib

Plenar sessiyada süni intellekt və insan hüquqları üzrə qlobal çağırışlar səsləndirilib

18-06-2026
“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

18-03-2026
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

20-07-2023
“Elektron ipoteka” sistemi  portalda yaradılacaq

“Elektron ipoteka” sistemi portalda yaradılacaq

24-06-2016
AZCON-un vəzifə və hüquqları açıqlanıb

AZCON-un vəzifə və hüquqları açıqlanıb

15-01-2025
Startaplar hansı banklardan güzəştli kredit ala bilər?-Siyahı

Startaplar hansı banklardan güzəştli kredit ala bilər?-Siyahı

15-12-2016
Nazirlik informasiya təhlükəsizliyi sertifikatı alıb

Nazirlik informasiya təhlükəsizliyi sertifikatı alıb

19-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə