ATƏT-LƏ İCTİMAİ TELERADİO ARASINDA ƏMƏKDAŞLIQ

05-01-2009 / 16:06

Dünən ATƏT-in Bakı Ofisində qurumla İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əməkdaşlığa dair memorondum imzalanıb. Müqaviləyə əsasən ATƏT-in Bakı ofisinin dəstəyi ilə BBC mütəxəssisləri tərəfindən İctimai Teleradio əməkdaşları üçün keçirilən treninqlərin ikinci mərhələsinə start verilir. 

İctimai Teleradionun Baş direktoru İsmayıl Ömərov və ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero tərəfindən imzalanan sənəddə qeyd olunur ki, ATƏT-in Bakı Ofisi ictimai xidmət üzrə öz dəyərlərini inkişaf etdirməklə, Azərbaycandakı demokratik proseslərdə katalizator ola bilmə potensialını reallaşdırmaqda İctimai Televiziyaya yardım etmək məqsədi daşıyan təlim proqramı təklif edir. Keçirilən treninqlərdə şirkət əməkdaşlarının idarəetmə bacarıqlarının artırılması, xəbərlər redaksiyasının idarə edilməsi, seçkilər, iqtisadiyyat və biznes, eləcə də araşdirma xarakterli reportajların hazırlanması sahəsində BBC ekspetləri öz təcrübələrini İctimai Teleradio əməkdaşları ilə bölüşəcəklər. Müqavilədə həmçinin sənədli filmlərin və maarifləndirici verilişlərin, qadın və uşaq məsələləri ilə bağlı proqramların hazırlanması ilə bağlı da treninqlərin keçirilməsi nəzərdə tutulur.

ATƏT-lə İctimai Teleradio arasında imzalanan memorandumu şirkət üçün faydalı hesab edən İ. Ömərov bildirib ki, bu layihə teleradio kollektivinin peşəkarlığının artmasında və beynəlxalq təcrübəni öyrənməkdə böyük rol oynayır. 

Xose Luis Herrero bildirib ki, ATƏT İctimai Teleradio ilə əməkdaşlığı bundan sonrada genişləndirmək niyyətindədir. Belə ki, artıq ikinci mərhələsinə başlanılan layihənin payız aylarında növbəti- sayca üçüncü fazası həyata keçiriləcək.

 

xeberler.az/Ellada


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə