Sentyabrın 22-i Bakıda Avropa Poçt və Telekommunikasiya Administrasiyalarının tezliklərin idarə olunması üzrə işçi qrupunun 64-cü toplantısı işə başlayıb. Ayın 26-dək davam edəcək konfransda 40-a yaxın Avropa ölkəsinin nümayəndələri iştirak edir.
Toplantının açılış mərasimində çıxış edən Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun sözlərinə görə, bu, Azərbaycanda təşkil olunan ilk iclasdır və gündəliyə daxil edilən məsələlər respublika üçün mühüm əhəmiyyət kəsb edir: ‘‘Tədbirdə 2007-ci ildə Cenevrədə qəbul olunmuş qərarların müzakirəsi, 2011-ci ilə hazırlıq və digər məsələlər müzakirə ediləcək. Toplantıda həmçinin Azərbaycanda 5 GH tezliyinin istifadə olunması və bölünməsi, bu tezliyin xüsusi istifadə zonasından tam mülki istifadəyə çevrilməsi məsələsi də müzakirəyə çıxarılaca’’.
İltimas Məmmədovun sözlərinə görə, gələcəkdə bu toplantının hansı ölkədə keçiriləcəyindən asılı olmayaraq, Azərbaycan nümayəndə heyəti həmin iclasda iştirak edəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri