Microsoft yenicə atdığı addımla Windows Live istifadəçilərini təəccübləndirdi. Microsoft axtarış sistemi Bing-ə Veb 2.0 tərzi bir paylaşma xüsusiyyəti əlavə edir.
Bing & Ping, istifadəçilərə Bing axtarışlarını Facebook və Twitter kimi ictimai şəbəkə saytlarında paylaşma imkanı təqdim edəcək. İstifadəçilər bu xüsusiyyət sayəsində kino, uçuş saatlarını, matç nəticələrini paylaşa bilər. Ancaq işin qəribə tərəfi Microsoft-un bu xidməti Windows Live üçün təqdim etməməsindədir. Buna görə də, Microsoft Live istifadəçiləri Bing-in bu xüsusiyyətini mənasız sayır.
Microsoft-un gələn reaksiyalara verdiyi cavab isə “Bu çox yaxşı bir irəliləyişdir” deyə təşəkkür etmək olar. Bu şikayətləri və təklifləri Bing inkişaf etdirici komandasına çatdıracağını deyən Microsoft, Windows Live-in daxil edilməməsinin səbəbini açıqlamır.
Bing & Ping istifadə etmək üçün əvvəlcə Facebook-a daxil olmaq və bu yeni xüsusiyyətin pərəstişkarı olmaq lazımdır. Microsoft-un niyə Facebook-a bu qədər dəstək olmasının yetərli səbəbi var. Çünki dəyəri 6.5 milyard dollar olan Facebook-a, Microsoft 2007-ci ildə 15 milyard dollar dəyər vermişdi.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri