Bakı Dövlət Universiteti ilə Nanotexnologiya Mərkəzi arasında memorandum imzalanıb

20-07-2010 / 03:15

Bakı Dövlət Universiteti ilə (BDU) MDB-nin Nanotexnologiya üzrə Beynəlxalq İnnovasiya Mərkəzi arasında memorandum imzalanıb.

 

Xeberler.az-ın BDU-nun www.bdu.edu.az rəsmi saytına əsasən verdiyi məlumata görə, sənəddə hər iki tərəf arasında elmi simpozium, seminar və konfransların təşkili, nanotexnologiya sahəsində beynəlxalq proqram və layihələrdə birgə iştirak, təhsil proqramlarının həyata keçirilməsi, həmin sahədə innovasiyaların inkişafı və investisiyaların qoyulması məsələlərinin təşkili nəzərdə tutulur.

Memorandumu BDU-nun rektoru, akademik
Abel Məhərrəmov və MDB-nin Nanotexnologiya üzrə Beynəlxalq İnnovasiya Mərkəzinin direktoru, Nüvə Tədqiqatları Birləşmiş İnstitutunun direktor müavini Aleksandr Ruzayev  imzalayıb.

Memorandumda, həmçinin Azərbaycanda innovasiya proyektləri üzrə informasiya bazalarının yaradılması, maliyyə mənbələrinin cəlb edilməsi, elmi-tədqiqat işləri, innovasiya və təhsilin səviyyəsinin artırılması, universitetin maddi-texniki bazasından istifadə və alimlərin MDB NBİM-in kollektiv istifadə mərkəzlərində sərbəst çalışması üçün lazımi şəraitin yaradılması məsələləri də əksini tapıb.

 

V.ELMAR


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə