Uşaqların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi ilə bağlı ictimai müzakirəyə çıxarılan yeni qanun layihəsi yaş məhdudiyyətlərinin tətbiqi ilə yanaşı, bu prosesin texniki icrası ilə bağlı da suallar yaradıb.
Xeberler.az məlumat verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz mövzu ilə bağlı paylaşımında layihəyə əsasən 16 yaşadək uşaqlar üçün müəyyən ediləcək sosial şəbəkələrdə hesab açılmasının qadağan olunduğunu, 16-18 yaş arası istifadəçilər üçün isə valideyn razılığı, valideyn nəzarəti və əlavə təhlükəsizlik mexanizmlərinin nəzərdə tutulduğunu bildirib.
Ekspertin sözlərinə görə, əsas müzakirə mövzularından biri yaşın hansı üsullarla yoxlanılacağıdır. Layihədə mobil nömrə, elektron poçt və bank kartı vasitəsilə yaş verifikasiyası nəzərdə tutulsa da, bu mexanizmlərin asanlıqla aşılması mümkündür.
O qeyd edib ki, uşaqlar valideynlərinə və ya digər şəxslərə məxsus telefon nömrələri, bank kartları və digər məlumatlardan istifadə etməklə məhdudiyyətlərdən yan keçə bilərlər.
Osman Gündüz hesab edir ki, VPN xidmətlərindən istifadənin artması da qanunun tətbiqi zamanı əlavə problemlər yarada bilər.
Ekspert diqqətə çatdırıb ki, yaşın yoxlanılması sosial şəbəkə platformalarının öz üzərinə qoyularsa, milyonlarla istifadəçinin şəxsiyyətini təsdiqləyən məlumatların xarici şirkətlərə ötürülməsi riski meydana çıxacaq. Əgər bu proses dövlət informasiya sistemləri ilə inteqrasiya və API-lər vasitəsilə həyata keçirilərsə, bu zaman fərdi məlumatların qorunması, anonimlik və kibertəhlükəsizlik məsələləri ön plana çıxacaq.
Onun fikrincə, qanun layihəsi ilə bağlı kritik informasiya infrastrukturlarına, fərdi məlumatların mühafizəsinə və kibertəhlükəsizliyə cavabdeh dövlət qurumlarının mövqeyi də mühüm əhəmiyyət kəsb edir.
Osman Gündüz vurğulayıb ki, qanunun məqsədi uşaqların təhlükəsizliyini təmin etmək olsa da, yaş verifikasiyası, valideyn nəzarəti, məlumatların təhlükəsizliyi və texniki icra mexanizmləri də ən azı qanunun özü qədər vacibdir.
Ekspertin qənaətinə görə, burada söhbət yalnız sosial şəbəkələrdən deyil, milyonlarla vətəndaşın rəqəmsal identifikasiyası və fərdi məlumatlarının qorunmasından gedir. Bu səbəbdən xarici platformaların əməkdaşlıq imkanları, texniki həllər və potensial risklər əvvəlcədən ətraflı təhlil edilməli, bütün maraqlı tərəflərin iştirakı ilə geniş müzakirələr aparılmalıdır.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları