Aztelekom da qaynar-xətt yaratdı

13-10-2010 / 21:50

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Aztelekom” İstehsalat Birliyində “qaynar xətt” yaradıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 24 saat fasiləsiz rejimdə respublikanın bütün bölgələrində vətəndaşlara ödənişsiz xidmət göstərəcək “qaynar xəttə” 012 122 saylı nömrə ilə zəng etmək olar.

Sözügedən xidmətin yaradılmasının başlıca məqsədi \\\"Aztelekom\\\" İstehsalat Birliyində göstərilən rabitə xidmətlərinin keyfiyyəti barədə rəy və təkliflərin, eləcə də istifadəçilərin İB-nin xidmətlərindən yararlanarkən qarşılaşdıqları müxtəlif problemlər (telefon çəkilişi, telefonların işləməməsi, internetə qoşulma zamanı çətinliklər və s.) haqqında məlumatın operativ çatdırılmasını təmin etməkdir.

Qeyd edək ki, “qaynar xətt” “Aztelekom” tərəfindən regionlarda yeni nəsil informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, bu sahədə dünya miqyasında qazanılmış ən son nailiyyətlərin ucqarlarda da kütləvi istifadəsinə şərait yaradılması istiqamətində həyata keçirdiyi prioritet tədbirlər çərçivəsində yaradılıb.

Bundan əlavə, qeyd olunan nömrəyə zəng etməklə yanaşı, xüsusi olaraq vətəndaşların müraciətlərinin qəbulu üçün həmçinin [email protected] elektron poçtu da fəaliyyət göstərir.

mənbə ANSPRESS


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə