“Dell” şirkətinin xalis mənfəəti 55% artıb

20-11-2010 / 11:33

 Dünyanın ikinci nəhəng personal kompüter istehsalçısı olan “Dell Inc.” şirkətinin xalis mənfəəti oktyabrın 30-da başa çatan 2010-2011-ci maliyyə ilinin 9 ayı ərzində 55% artaraq 1,708 mlrd. dollar təşkil edib.

Ötən ilin müvafiq dövründə bu göstərici 1,099 mlrd dollar olub.

Hesabat dövründə şirkətin gəliri 21% artaraq 38,002 mlrd. dollardan 45,802 mlrd. dollara yüksəlib. Əməliyyat gəlirləri isə 38% artaraq 1,662 mlrd. dollardan 2,288 mlrd. dollara çatıb.

“Dell Inc.”in xalis mənfəəti 2010-2011-ci maliyyə ilinin III rübündə 2 dəfə - 337 mln. dollardan 822 mln. dollara qədər artıb. Bu müddətdə şirkətin gəlirlərində 19% (12,896 mlrd. dollardan 15,394 mlrd. dollara), əməliyyat gəlirlərində isə 77% (577 mln. dollardan 1,024 mlrd. dollara) artım qeydə alınıb.

Qeyd edək ki, 1984-cü ildə yaradılan “Dell Inc.” şirkətinin baş ofisi ABŞ-ın Texas ştatının Ostin şəhərində yerləşir. Şirkətin banisi və baş direktoru Maykl Delldir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə