Mətbuat Şurası qəzetlərə xəbərdarlıq edib

11-01-2011 / 12:06

Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin 2011-ci ildə ilk iclası keçirilib. Şuradan verilən məlumata görə, iclasın gündəliyinə dörd məsələ daxil edilib.

Rəhbərlik etdiyi qurumun 2010-cu ildə gördüyü işlərə dair hesabatını təqdim edən MŞ-nın sədri Əflatun Amaşov bildirib ki, sənəddə şuraya daxil olan şikayət və müraciətlərin araşdırılmasına, “reket jurnalistika”ya qarşı mübarizə tədbirlərinə, diffamasiya təşəbbüslərinin reallaşdırılmasına, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın yeni variantı ilə əlaqədar məsələlərə, milli mətbuatın 135 illiyi ilə əlaqədar Prezident sərəncamından irəli gələn vəzifələrin həllinə geniş yer ayrılıb. İdarə Heyəti sənədin müəyyən əlavələrlə xüsusi toplantıda geniş ictimaiyyətə çatdırılması və ayrıca kitab şəklində buraxılması barədə qərar qəbul edib. İclasda MŞ-nın 2011-ci ilə dair iş planı da təsdiq olunub.

Qərara alınıb ki, bu il diffamasiya haqqında qanunun ölkə parlamentinə təqdimatı sahəsindəki işlər davam etdirilsin, rəsmi qurumların elan və reklamlarının KİV-lərdə yerləşdirilməsi məsələsinə dair işlər görülsün. İş planına internet jurnalistika və müstəqilliyimizin bərpasının 20 illiyi ilə əlaqədar tədbirlərin təşkili də daxil edilib. İclasda MŞ-nın Şikayətlər və “Reket jurnalistika”ya qarşı mübarizə komissiyalarının çıxardığı rəylər əsasında üç qərar qəbul olunub. “Salamnyus” İnformasiya Agentliyinin “Tarixi şəxsiyyətlər” jurnalına qarşı şikayəti ilə bağlı bildirilib ki, jurnalın səkkizinci sayında Azərbaycanın xəritəsinin təhrifi, qonşu dövlətə məxsus xeyriyyə cəmiyyətinin Bakı ofisinin fəaliyyətini əks etdirən xəritə sxeminin yanlış şəkildə təqdimatı jurnalın mövqeyini şübhə altına qoyur. İdarə Heyəti bütün bunları əsas götürərək \"Tarixi şəxsiyyətlər\" jurnalına ciddi xəbərdarlıq edilməsi və Xarici İşlər Nazirliyinə müvafiq məlumat göndərilməsi barədə qərar verib. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin \"Gündəm siyasət\" qəzetinə qarşı şikayəti əsasında çıxarılan qərarda isə mətbu nəşrə xəbərdarlığın olunması məqbul sayılıb. İclasda həmçinin \"Reytinq\" qəzetinə Azərbaycan Mətbuat Şurasının sonuncu xəbərdarlığı edilib.

 Qərara alınıb ki, KİV-in bir aylıq sayının monitorinqi aparılsın.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə