Asiyanın iri internet şirkətlərindən birinin rəhbəri dələduzluqda ittiham olunub

23-02-2011 / 15:56

Asiyanın iri internet şirkətlərindən biri olan Alibaba.com-un icraçı direktoru Devid Vey və əməliyyat işləri üzrə direktor Elvis Li dələduzluqda ittiham edilərək, dünən vəzifələrindən xaric olunublar.

Şirkətin təqdim etdiyi məlumata əsasən, onların hər ikisi sistematik olaraq “korporasiya mədəniyyət” qaydalarını pozublar.

Qeyd edək ki, dünyanın iri internet satış şirkətlərindən birinə rəhbərlik edən Devid Veyin dələduzluq fəaliyyətinin əsas qızğın dövrü 2009-2010-cu illəri əhatə edib.

Belə ki, bu müddətdə Alibaba.com-un onlayn auksionunda qızıl təchizatı ilə məşğul olanların təqribən 1 faizi dələduz-şirkətlər olub. Hazırda şirkətə rəhbərlik Taobao.com internet-auksionunun rəhbəri Conatan Lyuya həvalə edilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə