ABŞ-ın nüfuzlu “Greenlight Capital” özəl investisiya fondunun rəhbəri Devid Aynhorn Nyu-Yorkdakı çıxışı zamanı “Microsoft” korporasiyasının icraçı direktoru Stiv Ballmeri tutduğu vəzifəni tərk etməyə çağırıb. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Devid Aynhorn hesab edir ki, məhz Stiv Ballmerin rəhbərliyi altında proqram təminatı sahəsinin nəhəngi olan “Microsoft” olduqca zəif templərlə inkişaf edir, ABŞ-ın və dünyanın informasiya texnologiyaları bazarlarında mövqelərini itirir.
Devid Aynhorna görə, Stiv Ballmerin fəaliyyəti ucbatından “Microsoft”un səhmlərinin dəyəri bir neçə ildir ki, artmır, korporasiyanın özü isə bu gün olduqca perspektivli görünən internet-servis və mobil kompüter bazarlarına uyğunlaşmaq üçün vaxtında tədbir görə bilməyib.
Qeyd edək ki, “Greenlight Capital” artıq uzun müddətdir ki, “Microsoft”un qiymətli kağızlarının bəzi hissəsinin sahibidir. Stiv Ballmerin “Apple” şirkətinin “iPhone” və “iPod” qurğularından biznes üçün gələcək təhlükəni lazımı dərəcədə qiymətləndirmədiyini, eləcə də bir çox ətraflı düşünülməmiş birləşmələr və əldəetmələr həyata keçirdiyini söyləyən “Greenlight Capital”-ın rəhbəri əsasən faydasız olan bu addımlar nəticəsində şirkətin biznesini kifayət qədər genişləndirmək mümkün olmadığını vurğulayıb. Devid Aynhornun sözlərinə görə, “Microsoft”-un icraçı direktoru artıq öz gücünü itirib və keçmişdə qalıb: “Çünki o, öz uşaqlarına “Google” və “iPod”-dan istifadə etməyi qadağan edir”.
İnvestisiya fondunun rəhbəri korporasiyanın “Google” şirkəti ilə rəqabət aparması üçün nəzərdə tutulan axtarış servisi yaratmaq cəhdlərini də tənqid edib və bu addımları “uğursuz” adlandırıb. Devid Aynhorn Stiv Balmeri istefa verməyə və dünyanın ən iri proqram təminatı istehsalçısının icraçı direktor mövqeyində “digəri üçün öz gücünü sınamaq” imkan yaratmağa çağırıb.
Xatırladaq ki, “Microsoft” informasiya texnologiyaları şirkətləri sahəsində kapitallaşma göstəricilərinə görə üçüncü pilləyə enib, “Apple” və IBM şirkətlərindən geridə qalıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri