Twitter-in bütün şəkilləri satıldı

14-05-2011 / 01:45

WENN informasiya agentliyi Twitter mikrobloqinq servisinin TwitPic fotohostinq servisi ilə anlaşma imzalayıb.

Xeberler.az bildirir ki, sənədin şərtlərinə görə, hostinqdə yerləşdirilmiş bütün fotoşəkillərin satış hüquqları WENN-ə məxsusdur.

TwitPic istifadəçilərinin hostinqdə yerləşdirdikləri fotoşəkilləri satmaq hüququna malik olması hər istifadəçi ilə bağlanmış istifadə şərtlərində (terms & conditions) təsdiqlənib.
Bu zaman fotoya sahiblik hüququ istifadəçiyə məxsusdur.

WENN-nin əsas məqsədi dünya şou-biznesinin məşhur simsalarının TwitPic vasitəsilə Twitter-də yerləşdirdikləri fotolardan istifadə imkanlarına yiyələnməkdir.

"TwitPic-in rəsmi tərəf-müqabili olmaq şərəfinə yiyələndiyimiz üçün çoxc şadıq", - WENN-in icraçı direktoru Lloyd Beyni bildirib.

Onun sözlərinə görə, Twitter-də yerləşdirilmiş bütün fotoların müəllif hüquqlarından azad olması barədə geniş yayılmış təsəvvürlər əsassızdır. O, TwitPic-dəki fotoşəkillərdən qanunsuz istifadə edən şəxslərə qarşı dərhal mübarizəyə başlaycaqlarını bildirib.

Bir qədər əvvəl WENN digər populyar hostinqdə - Pilxi-dəki fotoşəkillərlə bağlı bütün hüquqları satın alıb.

 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə