Bakcell, Alcatel-Lucent və Junior Achievement Azərbaycan gənclərə mobil telekommunikasiya sənayesinə dair ixtisaslaşmış təlimlər keçir

02-07-2011 / 13:00

Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti, Alcatel-Lucent Azərbaycan ve Junior Achievement Azərbaycan (JAA) təşkilatı ilə əməkdaşlıqda “Mobil Telekommunikasiya Biznesinə Giriş” (İMTB) proqramını davam etdirməkdədir. 2010-cu ilin sentyabr ayında başlayan proqram, texniki sahə üzrə təhsil alan 45 tələbəyə işə hazırlıq, biznes etika və mobil telekommunikasiya sənayesi üzrə ixtisaslaşmış təlimlər keçərək, əldə edilmiş biliklərin Bakcell və Alcatel-Lucent şirkətlərində təcrübə yolu ilə tətbiq edilməsini təmin edir. Proqram Junior Achievement Azərbaycan təşkilatı tərəfindən həyata keçirilir.

Proqramın mart və aprel aylarına təsadüf edən ilkin mərhələsində tələbələr işə hazırlıq və biznes etikası təlimlərində iştirak edib, sahəyə uyğun işə hazırlıq və korporativ etika haqqında öyrəndilər. Layihə JAA ilə Alcatel-Lucent-in Türkiyə Universitetinin may ayı ərzində birgə təşkil etdiyi və mobil telekommunikasiyada informasiya texnologiyalarının istifadəsinə dair təlimlə davam etmişdir.

İMTB proqramının cari mərhələsində tələbələr mobil telekommunikasiya biznesinin fəaliyyəti və perspektivləri haqqında öyrənirlər. Təlim proqramı Bakcell, Alcatel-Lucent və JAA təşkilatının birgə hazırladığı və mobil telekommunikasiya ilə daha yaxından tanış edən innovativ tədris vəsaiti əsasında təşkil olunub. Təqdim edilən vəsaitdə mobil rabitə şirkətində uğurlu karyera qurmaq üçün zəruri olan bilik və təcrübi imkanları təqdim edilir. Təlim zamanı tələbələr İMTB web portalının (www.imtb.mobi) imkanlarından da istifadə edirlər. 2010-cu ilin dekabrında istifadəyə verilən web portal işə hazırlıq, biznes etikası, mobil şəbəkələrin əməliyyatı və mobil telekommunikasiyada informasiya texnologiyaların istifadəsinə dair onlayn təlimlər təklif edir. İMTB proqramı 2011-ci ilin iyul və avqust aylarında Bakcell-də keçiriləcək “İşə hazırlıq” proqramı üçün tələbələrin seçimi ilə davam edəcəkdir.

Junior Achievement Azərbaycan təşkilatının İcraçı direktoru Rəşad Xanlarovun sözlərinə görə, “Mobil Telekommunikasiya Biznesinə Giriş” proqramını dəstəkləməklə Bakcell, tələbələrə mobil telekommunikasiya biznesinin necə işlədiyini öyrənməyə və gələcək karyera seçimlərində daha məntiqli qərar verməklərinə kömək edir: “Bakcell-in gördüyü işlər nəinki sənayenin inkişafına, həmçinin, gənclərin düzgün karyera seçiminə də müsbət təsirini göstərir.”

Bakcell şirkətinin Baş icraçı direktoru cənab Riçard Şirer isə bildirib ki, Bakcell Azərbaycanın telekommunikasiya bazarında aparıcı iştirakçı olaraq, sürətlə artan bu sektorun inkişafına kömək edən ixtisaslı mütəxəssislərin hazırlanmasında öz rolunu anlayır: “Biz Azərbaycan cəmiyyəti və gələcəyi qarşısında korporativ məsuliyyətimiz çərçivəsində gənclər üçün bir çox tədris və təlim layihələrinə böyük sərmayələr yatırırıq. Məqsədimiz – gənc tələbələrimizi sürətlə inkişaf edən bu qabaqcıl sənaye və onun təklif etdiyi karyera imkanları ilə yaxından tanış etməkdir.”

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat almaq üçün, xahiş edirik, www.bakcell.com səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Baş qərargahı Parisdə yerləşən Alcatel-Lucent şirkəti ümumdünya telekommunikasiya korporasiyasıdır. Şirkət dünya üzrə müxtəlif provayder, özəl və dövlət müəssisələrini telekommunikasiya xidmətlərilə təmin etməklə yanaşı, müştərilərə səs, məlumat və video xidmətlərinin çatdırılmasına imkan yaradır. Şirkətin xidmətlərinə sabit, mobil və bir-nöqtəli şəbəkə təminatı, İP texnologiya, proqram təminatı və oxşar xidmətlər aiddir. Alcatel-Lucent kommunikasiya sənayesində innovasiya və elmi-tədqiqat işlərilə məşğul olan və bu sahədə dünyanın ən iri şirkətlərindən biri olan Bell Labs laboratoriyasının texniki və elmi təcrübəsindən istifadə edir. Alcatel-Lucent dünyanın 130-dan artıq ölkəsində fəaliyyət göstərir.

Junior Achievement Azərbaycan (JAA) biznes tədrisi sahəsində dünyanın ən iri, mənfəət güdməyən təşkilatı olan Ümumdünya JA Təşkilatının yerli təmsilçisidir. Junior Achievement missiyası gəncləri dünya iqtisadiyyatında uğur qazanmaq üçün ruhlandırmaq və hazırlamaqdır. 1919-cu ildə təsis olunan JA təşkilatı dünya üzrə gənclərin iqtisadi və biznes tədrisinə öz töhfəsini verməkdədir. Yerli təmsilçilər vasitəsilə JA proqramları dünyanın 100 ölkəsində tədris olunur. Azərbaycanda 1998-ci ildən fəaliyyətə başlayan Junior Achievement ictimai və fərdi donorların dəstəyilə ölkənin 28 bölgəsində 260 məktəbi təmsil edən minlərlə şagirdə və 300-dən artıq müəllimə təlim keçmişdir. Junior Achievement Azərbaycan onun layihələrindən faydalananlara biznesin, sahibkarlığın, maliyyə və iqtisadiyyatın əsaslarını öyrənməyə və ölkə iqtisadiyyatında öz gələcək rollarına daha yaxşı hazır olmağa birbaşa təlim və məsləhətlər vasitəsilə kömək edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə