Facebook Yahoo-ya iddia qaldırdı

04-04-2012 / 11:03
Facebook sosial şəbəkəsi Yahoo! şirkətinə qarşı qarşılıqlı iddia qaldıraraq əvvəllər patent hüququnun pozulması ilə bağlı səsləndirilən iddialara cavab verib. 
 
İddiada Facebook Yahoo!-nu sosial şəbəkəyə məxsus bir sıra patentlərin pozulmasında ittiham edib.
 
Sosial şəbəkə nümayəndələrinin fikrincə, Yahoo!-nun əsas səhifəsi və orada yerləşdirilən reklam, xəbərləri istifadəçilərin maraqlarına uyğun seçən C.O.R.E. texnologiyası, eləcə də şirkətə məxsus populyar Flickr fotohostinqi Facebook-un patent hüquqlarını pozur, Cybersecurity yazır.
 
İki şirkət arasında patent mübarizəsi 2012-ci il fevralın sonunda - Yahoo! Facebook-u özünün 10 patentinin pozulmasında ittiham etdikdən sonra başlayıb. İki həftə sonra şirkət sosial şəbəkəni məhkəməyə verib. İddialarda internet-reklamın göstərilməsi, mətnli məlumatların ötürülməsi, sosial şəbəkələrdə şərhlərin edilməsi texnologiyası yer alıb.
 
Facebook bu ittihamları rədd edir.
 
 
 
 
 
 
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə