İnternet - biznes sahəsində investisiya mühiti və milli StartUplar mövzusunda Konfrans keçiriləcək

03-04-2013 / 12:15
StartUp Azərbaycan Təşkilat Komitəsi bildirir ki, 10 aprel tarixdə “İnternet-biznes üçün investisiya mühiti və investisiya imkanları” mövzusunda  Konfrans keçiriləcək.
Konfransın məqsədi ölkədə milli StartUpların mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı peşəkarların və ekspertlərin iştirakı ilə müzakirələr aparmaqdır.

Konfransda StartUp Azərbaycan Layihəsinin təqdimatının keçirilməsi, həmçinin milli StartUpların inkişafını ləngidən problemlərin səbəbləri və aradan qaldırılması istiqamətində dövlət, özəl və vətəndaş cəmiyyəti qurumlarının iştirakı ilə müzakirələrin aparılması nəzərdə tutulub.

Konfrans “Milli StartUplar:  mövcud vəziyyət və  inkişaf  perspektivləri”  və  “StartUplar üçün investisiya mühitinin inkişaf  perspektivləri” mövzusunda 2 sessiyadan ibarət olacaq. Tədbirdə ölkənin tanınmış İT mütəxəssislərinin, uğurlu StartUp təmsilçilərinin, investorların maraqlı təqdimatları olacaq.

StartUp Azərbaycan TK həmçinin bildirir ki,  Layihə çərçivəsində elan olunan  Müsabiqə hazırda davam edir. Artıq Müsabiqəyə  milli StartUplar təqdim edilir və Qeydiyyat prosesi may ayının 10-dək davam edəcək. Eyni zamanda qarşıdakı günlərdə StartUp komandalarının formalaşdırılması üzrə tədbirlərin keçirilməsi və maraqlı StartUp kampların təşkili nəzərdə tutulub.  
 StartUp Azərbaycan Layihəsinə  Rabitə və İnformasiya Texnologiyaları nazirliyi dəstək verir.
StartUp Azərbaycan –nın Baş sponsoru Bakcell şirkətidir.  
Microsoft, İnfi Pro şirkətləri də StartUp Azərbaycanın sponsorlarıdır.
Geniş məlumat : www.startup.az

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə