Artıq “Instagram” şəxsi mesajlar göndərə biləcəksiniz

13-12-2013 / 11:51
“Instagram”ın təqdim etdiyi yeni “Instagram Direct” xidməti sayəsində abunəçilər bir-birlərinə şəxsi mesaj, fotoşəkil və videoçarxlar göndərə biləcəklər.
"İnsanların arasında ünsiyyət yaratmaq bizim siyasətimizin əsas prinsipidir. Söhbət spam mesajların göndərilməsindən deyil, hər hansı bir həyat anını dostlarla paylaşmaqdan gedir" – şirkətin direktoru Kevin Sistrom Nyu-Yorkda keçirilmiş xüsusi mətbuat konfransında deyib.
Bundan başqa, Sistrom bildirib ki, bu xidmət müştərilərinə öz məhsul və xidmətləri ilə haqqında şəkilli informasiya göndərən şirkətlər üçün faydalı olacaq.
Yeni xidmət “iPhone” və “Android” platformaları ilə işləyən qurğulara hesablanıb. Onun aktivləşdirilməsi üçün “Instagram 5.0” xüsusi tətbiqini yükləmək lazımdır.
Xatırladaq ki, 2011-ci ildə “Facebook” korporasiyası “Instagram” xidmətini 1 milyard dollara satın alıb. (ictnews.az)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə