Rəqəmli yayım: ATV Plus ən çox axşam saatlarında donur (Sorğu)

05-11-2014 / 18:56

Azərbaycanın televiziya məkanı sürətlə rəqəmli yayıma keçir. Bu xidmətdən yararlanmaq üçün kimsə xüsusi dekoder alır, kimsə də rəqəmli yayıma baxmaq imkanı verən müasir televizor.

Xeberler.az saytı bununla bağlı vəziyyəti araşdırıb.

“Rəqəmli yayımdan yararlanırsınızmı”, “ Hansı qurğudan istifadə edirsiniz”, “Donma və ya siqnalın zəifləməsi ilə qarşılaşırsınızmı” suallarını Bakı sakinləri cavablandırıb.

Tural Əliyev,  21 yaş, tələbə

Əvvəllər dekoder almışdıq. 3-4 ay onunla yalnız 22 ya da 24 kanala baxdıq. Sonra xarici kanallar dayandı, ancaq yerli kanallara baxa bilirdik. İndi gedib 50 manata ATV Plus-un tünerini aldıq. Ayda 9 manat ödəyirik. O əvvəl yaxşı göstərirdi. Dedilər, 72 ya da 84 kanal göstərəcək. Evdə qoşanda, gördük  kanalların yarısı tutmur. Yerli kanallarla birgə hardasa 40 kanal göstərir. ATV Plus ən çox axşam saatlarında donur.

Məhbubə Məmmədova, 51 yaş, evdar qadın

Vallah, evdə yoldaşım qurğu alıb gətirib. Adı, deyəsən, moduldur. O da demək olar yaxşı tutur. Bizdə  5 ya da 6 kanal tutmur. Amma qalan hamısı tutur. Cəmi bir dəfə donmuşdu, heç göstərmirdi. Usta gəlib düzəltdi.

Nazim Həsənəliyev, 24 yaş, usta

Məndə əvvəl Connect TV var idi. Orda da müəyyən yayım paketi təklif edilir. Onun öz antenası olur. Ayda 9 manat ödəməli olurdum. Antena ilə birlikdə o vaxt 80 manat xərc çəkmişdim. Ancaq mənim həyətimdə yaxşı siqnal olmurdu deyə, antenanı qonşunun həyətinə quraşdırdım. ATV Plus-un dekoderini almaq istəyirdim. Lakin mənə məsləhət gördülər ki, onda siqnal güclü olmur.

Ayla Babayeva, 29 yaş, müəllim

ATV Plus-dan çoxdan istifadə edirəm. Tüner adlanan qurğu almışdım. Əvvəllər tez-tez donurdu. Sonra zəng edib, şikayətləndim. Nəhayət usta göndərdilər və problem həll olundu Ayda 9 manat ödəyirəm. Ancaq indi problem yoxdur. Lakin təklif edilən kanalların hamısı göstərmir. Səbəbi isə yaşadığımız ərazidədir, mərkəzdən xeyli kənarda yerləşir.   

Kamran Ədalətoğlu

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə