Qətər Əmirliyinin Doha şəhərində
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “ITU Telecom World 2014” sərgi
–konfransının açılış mərasimi keçirilib.
Xeberler.az-ın məlumatına görə, açılış
mərasimində "Ooredoo Group"un Direktorlar şurasının sədri Şeyx
Abdullah bin Məhəmməd bin Səud Al Tani, Qətərin baş naziri Şeyx Abdullah bin
Naser bin Xəlifə Al Tani, İnformasiya və kommunikasiya texnologiyaları naziri
Hessa Sultan Əl-Cabir, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi
Hamadun Ture, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov çıxış edib.
Tədbirdə Azərbaycanı rabitə və
informasiya texnologiyaları naziri Əli Abbasovun başçılığı ilə təmsil edən nümayəndə
heyətinin tərkibinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları
ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən İKT şirkətləri, QHT-in təmsilçiləri
daxildir.
Rabitə və yüksək texnologiyalar
naziri Əli Abbasov çıxış edərək Azərbaycanda İKT sahəsində həyata keçirilən tədbirlər
haqqında geniş məlumat verib. Açılış mərasimindən sonra sərgidə iştirak edən
çoxsaylı ölkələrin stendlərinə baxış keçirilib.
BTİ-nin, QATAR Əmirliyinin və
müxtəlif ölkələrin rəhbərləri Azərbaycan stendi ilə tanış olublar. Sərginin
açılış mərasimindən sonra müxtəlif mövzularda forumlar, diskussiyalar və panellərdə
müzakirələr başlanıb.
Sərgidə 40-a yaxın şirkət sərgidə iştirak edir. Dekabrın 10-dək davam edəcək tədbir çərçivəsində Azərbaycan nümayəndə heyətinin müxtəlif ölkələrin müvafiq qurumlarının rəhbərləri ilə ikitərəfli görüşləri, bölmə iclaslarında iştirakı nəzərdə tutulub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri