SABAH qruplarına kompüter mühəndisliyi
üzrə qəbul keçiriləcək.
Təhsil Nazirliyindən Xeberler.az-a verilən
məlumata görə, tarix, tarix müəllimliyi, coğrafiya, coğrafiya müəllimliyi,
ibtidai sinif müəllimliyi, kompüter mühəndisliyi, inşaat mühəndisliyi və
nəqliyyat tikintisi ixtisasları üzrə əlavə qəbula düşmək istəyən tələbələr
müsahibədən keçməlidirlər.
Müsahibəyə ötən 2 semestrdə 61-dən yuxarı
bal toplayan və heç bir akademik kəsri olmayan II kurs tələbələri buraxılacaq.
Qeyd olunan ixtisaslar üzrə 100-120
tələbənin SABAH qruplarına əlavə yerləşdirilməsi nəzərdə tutulur. Onlar növbəti
semestrdən etibarən təhsilini SABAH qruplarında davam etdirəcəklər.
Hazırda bu qruplarda 688 tələbə təhsil
alır. Onlar 33 ixtisas üzrə 7 ali təhsil müəssisəsinə yerləşdiriliblər.
Mirvari Nəcəf
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri