“Mozilla” gələcəyin smartfonunu nümayiş etdirdi

28-09-2010 / 12:05

“Firefox” brauzeri ilə tanınan “Mozilla” şirkəti gələcəyin mobil telefonlarına dair öz görünüşünü nümayiş etdirib. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni aparatın işlənib hazırlanmasını “Mozilla Labs” bölməsi həyata keçirib.

Konseptual dizayn fikri isə həmin bölmədə çalışan tanınmış dizayner Billi Meya məxsusdur. “Seabird” adlı yeni smartfon görünüşü mövcud qurğulardan innovasiya yönümlü dizayn, eləcə də bir çox orijinal funksiyalarla fərqlənir. Telefon sensor ekran və iki mini-proyektorla təchiz edilib və bu mini-proyektorlar düz səth üzərində tam funksiyalı QWERTY-klaviatura və infraqırmızı sensor panelin proyeksiyasının yaradılması üçün istifadə olunur. Qurğunun innovasiya irəliləyişlərindən əsası məhz sözügedən mini-proyektorlarla bağlıdır.

Bundan əlavə, konseptual smartfonun arxa hissəsində ənənəvi “Bluetooth” – qarnitura yerləşdirilib ki, bu qarnituru telefon və ya burada işə salınmış oyunu idarə etmək üçün vasitə kimi də istifadə etmək olar. “Seabird”in quraşdırılmış 8 meqapikselli kamerası, mini-USB portu, audio-qarnitura üçün çıxışı, eləcə də telefonun simsiz enerji ilə doldurma imkanı da var.

Bunlara baxmayaraq, qeyd etmək lazımdır ki, “Mozilla” bu cür smartfonu istehsal etmək niyyətində deyil. “Seabird” layihəsi telefonların ehtimal edilən gələcəyini və onların internetlə əlaqəsini nümayiş etdirir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə