Previous Next
Bağla

“Müasir elektron kitabxanalarda yaşıl və rəqəmsal transformasiyalar” adlı seminar keçirilib

04-11-2024 15:54
“Müasir elektron kitabxanalarda yaşıl və rəqəmsal transformasiyalar” adlı seminar keçirilib

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti elmi seminarda “Müasir elektron kitabxanalarda yaşıl və rəqəmsal transformasiyalar” mövzusunda məruzə dinlənilib.

Xeberler.az bildirir ki, mövzu üzrə çıxış edən Elmi informasiya və elmmetriya şöbəsinin əməkdaşı Dilbər Əlizadə yaşıl texnologiyaların elektron kitabxanalara tətbiqi, yaşıl elektron kitabxananın formalaşdırılması, bunun üçün dayanıqlı platformanın yaradılması haqqında məlumat verib.

Məruzəçi qeyd edib ki, yaşıl və rəqəmsal transformasiyalar elektron kitabxanalarda davamlılığı artırır, elektron kitabxanaya girişi və istifadəçilər arasında əlaqələri yaxşılaşdırır. D.Əlizadə yaşıl elektron kitabxana üçün dayanıqlı platformanın yaradılmasının vacibliyini qeyd edərək, bunun üçün yaşıl sertifikatlı bulud xidmətləri, enerjiyə qənaət edən hostinq provayderləri, inteqrasiya edilmiş kitabxana və kontent idarə sistemləri, eləcə də rəqəmsal saxlama proqramından istifadənin zəruri olduğunu diqqətə çatdırıb.

Daha sonra o bildirib ki, yaşıl rəqəmsal kitabxananın qurulması bir neçə mərhələni əhatə edir və bu addımları prioritetləşdirməklə ətraf mühitin sağlamlığının qorunmasına töhfə verə biləcək rəqəmsal kitabxana yaratmaq mümkündür.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yaşıl hesablamalar: davamlı gələcək üçün innovasiyalar adlı seminar keçirilib

18-12-2024

Yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş konfrans başa çatıb

11-11-2024

Elektron kitabxanaların informasiya təhlükəsizliyinin təmin olunması müzakirə edilib

11-06-2025

“Yaşıl və rəqəmsal transformasiyalar” adlı konfrans keçirilib

09-11-2024

Yaşıl transformasiya kontekstində e-dövlətin vəzifələri və problemləri araşdırılır

31-10-2024

İntellektual elektron kitabxanaların formalaşması problemləri araşdırılır

26-12-2024

Bulud sistemləri ilə bağlı aparılan tədqiqatların nəticələri müzakirə olunub

22-10-2024

Elektron kitabxanaların yaradılması sahəsində beynəlxalq təcrübə araşdırılır

25-05-2022

3D çapın ətraf mühitə müsbət və mənfi təsirləri müzakirə edilib

28-11-2024

“Yaşıl rəqəmsal iqtisadiyyata keçid problemləri və həll istiqamətləri” monoqrafiyası nəşr olunub

19-11-2024

“E-kitabxanalarda bulud texnologiyalardan geniş istifadə edilir”

08-04-2016

Yaşıl İT sahəsində problemlər araşdırılır

02-05-2018

Sədr: Məqsəd innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

30-10-2024

Region kitabxanalarında ALİSA tətbiq olunacaq

05-10-2015

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə tədbirin yekununda Bəyannamə qəbul olunacaq

11-11-2024

Rəqəmsal iqtisadiyyatın müasir infrastrukturunun formalaşması tədqiq olunur

02-04-2025

Azərbaycanla bağlı məlumatlar “Milli rəqəmsal yaddaş” bazasına daxil ediləcək

15-05-2014

Kitabların elektron təqdimatı keçirilib

28-09-2015

Elektron kitabxananı necə idarə etmək olar?

24-08-2015

“Hər kəs üçün Ədalətli Rəqəmsal və Yaşıl Keçidlər” adlı forum keçirilib

03-04-2025

“Yaşıl avtomobil nəqliyyatının infrastrukturuna keçid” mövzusunda seminarı keçirilir

04-11-2022

Azercell yaşıl baza stansiyalarının sayını artırır

14-10-2024

“Rəqəmsal əsrdə universitet kitabxanaları” adlı seminar keçirilib

12-06-2025

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə dəyirmi masada nələr müzakirə olunacaq?

10-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə