“Bir pəncərə” prinsipinə əsaslanan “my.gov” platformasının aylıq aktiv istifadəçilərinin sayı 800 min nəfəri keçib və 2 milyona çatıb.
Xeberler.az məlumat verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov IX Beynəlxalq Bank Forumunda deyib. O bildirib ki, ölkəmizin rəqəmsallaşma üzrə baxışı bu sahəyə yönəlmiş vətəndaş cəmiyyətinin, biznes mühitinin və dövlət infrastrukturun qurulmasına həsr olunub. Dövlətin həyata keçirdiyi bu siyasətin mühüm komponentlərindən biri də maliyyə sektorudur. QR standartının tətbiqi, “Açıq bankçılıq” təşəbbüsü rəqəmsallaşma transformasiyasının nəticələridir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəqəmsallaşma və innovasiya fəaliyyətinin təşkili, müvafiq rəqəmsal həllərin operatorluğunu həyata keçirir. Rəqəmsallaşmaya başlıca baxış dövlət çərçivəsində kağızsız hökumətə keçiddir. Dövlət qurumları arasında yazışmalar tam kağızsız həyata keçirilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları