Nar ikitərəfli qaydada bağlı olan öncədən ödənişli nömrələrin yenidən aktivləşdirilməsinə - “İkiqat bayram” kampaniyasına start verib.
Mobil operatordan Xeberler.az-a verilən məlumata görə, kampaniya çərçivəsində 2 AZN-dən 50 AZN-dək ödəniş etmiş abunəçilər balanslarına yüklədikləri puldan əlavə həmin məbləğin 100 faizi həcmində 7 gün ərzində aktiv olacaq şəbəkədaxili bonus dəqiqələr qazanırlar.
Bundan başqa, mobil operator heç bir ödəniş şərti olmadan ikitərəfli bağlı olan 3G+ data nömrələrin balansına da 30 günlük 400 MB pulsuz internet trafiki yükləyir.
Kampaniya müddətində öncədən ödənişli nömrələri ikitərəfli qaydada bağlı olan, Sim-kartlarını itirən və ya zədələyən abunəçilər Nar satış və xidmət mərkəzlərində öz şəxsiyyət vəsiqələrini təqdim etməklə pulsuz Sim-dublikat əldə edə bilərlər.
Kampaniyadan nömrələri dekabr ayının 25-dək ikitərəfli qaydada bağlanmış bütün öncədən ödənişli xətt abunəçiləri istifadə edə bilərlər. İkitərəfli bağlı nömrələri yenidən aktiv edilən abunəçilər 15 yanvar 2016-cı il tarixədək kampaniyadan istədikləri qədər yararlana biləcəklər.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri