“Biz nazirlik səviyyəsində işə qarışdıq və BTRİB-lə “Azerfon”u “Catel”də yaranmış problemlərin həllinə yönəltdik”
Azərbaycanda “Catel” şirkəti Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) və “Azerfon” şirkətinin idarəçiliyinə verilə bilər. ANS PRESS-in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Hazırda “Catel”in stasionar rabitə şəbəkəsinin BTRİB-in, mobil telefon şəbəkəsinin isə “Azerfon”un idarəçiliyinə götürülməsi ilə bağlı müzakirələr aparılır.
Nazirin sözlərinə görə, buna “Catel”də yaranmış texniki problemlər səbəb olub.
"Biz nazirlik səviyyəsində işə qarışdıq və BTRİB-lə “Azerfon”u “Catel”də yaranmış problemlərin həllinə yönəltdik. Yaxın vaxtlarda abunəçilər “Catel” şəbəkəsindən tam istifadə edə biləcək. Abunəçilərə kompensasiya verilməsi məsələsinə də baxılır”, - deyə Əli Abbasov qeyd edib.
Qeyd edək ki, 1997-ci ildə yaradılan “CATEL” şirkəti WLL abonentlərinə FH-CDMA standartında simsiz rabitə xidmətləri, eləcə də mobil rabitə abonentlərinə CDMA standartında rabitə xidmətləri göstərir. “CATEL” Azərbaycanda müştərilərə telefon, faksimil, ISDN, İnternet və Data xidmətləri göstərən ilk stasionar simsiz rəqəmsal telefon şəbəkəsini qurub.
2007-ci ilin aprel ayında şirkət CDMA2000 standartında mobil xidmətlərini göstərmək məqsədilə yeni “FONEX” ticarət nişanını telekommunikasiya bazarına çıxarıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri